
Yeni müharibə təhlükəsi: İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.
İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.
Gundem.today xəbər verir ki, bu barədə İsrail nəşri "Ynet" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkənin silahlı qüvvələrinə yüksək döyüş hazırlığı vəziyyətinə keçmək əmri verib. O, "yaxın gələcəkdə" İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyib.
"Ynet"in mənbələrinin sözlərinə görə, İsrail Müdafiə Ordusu əvvəlki "Yüksələn şir" və "Şir nəriltisi" əməliyyatlarına bənzər ssenari üzrə mümkün hərbi addımlara hazırlaşır. Hazırda bütün planlaşdırma prosesləri sürətləndirilib.
Bununla paralel olaraq, İsrailin hərbi kəşfiyyat idarəsi İranda hərbi hədəflərin siyahısını hazırlayır. Bildirilir ki, prioritet olaraq raket sistemləri və onların buraxılış qurğuları nəzərdən keçirilir. Bununla belə, mənbələr vurğulayırlar ki, hələlik hərbi əməliyyatlarla bağlı yekun qərar verilməyib və görülən tədbirlər "istənilən ssenariyə tam hazır olmaq" məqsədi daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH ABŞ-ni hədələdi - VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni hədələyib.
DünyaABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin silahlı qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlardan istifadə edəcək.
DünyaABŞ prezidentindən sərt sözlər: "İran danışıqlara qayıdacaq və bizə istədiyimizi verəcək"
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran sonda danışıqlara qayıdacaq və Vaşinqtonun irəli sürdüyü bütün şərtlərlə razılaşacaq.
DünyaTramp: "İran danışıqlarda nüvə ambisiyalarından imtina etmədi"
"Vaşinqton və Tehran nümayəndə heyətləri İslamabadda problemli mövzuların əksəriyyətini razılaşdırıblar, lakin nüvə məsələsi həll olunmamış qalıb".