
Yer kürəsində maqnit fırtınası başlayıb
Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
Gundem.today-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit qasırğası başlayıb. Hazırkı səviyyə G1-dir ki, bu da 5 ballıq şkala üzrə minimumdur. Qeyri-sabit geomaqnit vəziyyətinin ümumi müddəti olduqca əhəmiyyətli ola bilər - beş gündən yeddi günə qədər, lakin kəskin faza, hesab edildiyi kimi, yalnız ilk bir-iki gün davam edəcək və həftəsonunu əhatə edəcək", - deyə məlumatda qeyd edilib.
Öncəki günlərdə sürətli Günəş küləyi axınını səbəbindən Yer kürəsində maqnit qasırğalarının başlayacağı bildirilmişdi. Maqnit qasırğasının gücünün G2 səviyyəsinə qədər arta biləcəyi, lakin daha yüksək səviyyələrə keçməyəcəyi ehtimal edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıRusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.
MaraqlıHindistanda ağlagəlməz həkim səhvi
Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.
MaraqlıGündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ
Narahatlıq orqanizmin normal reaksiyasıdır və insana təhlükə və streslə mübarizə aparmağa kömək edir. Lakin bəzi hallarda bu hal ciddi pozuntuya çevrilə, yaxud obsessiv-kompulsiv pozuntunun (OKP) təzahürü ola bilər.
Maraqlıİtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.