Son dəqiqə
Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edirYaponiyanın qərbini zəlzələ silkələdiAzərbaycan nefti 11 dollardan çox ucuzlaşıbNeftçalada QƏZA: Piyada ölüb, sürücü hadisə yerindən qaçıbAzərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb - FOTOFransız rəssam Klod Monenin iki əsəri rekord məbləğə satıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Maraqlı

Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər

Bu gün
07:18
0 baxış
Paylaş:

Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.

Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.

Gundem.today xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Terapiya kafedrasının dosenti İrina Volgina "gazeta.ru" saytına müsahibəsində danışıb.

"Əksəriyyət yaz günəşinin zərərini ciddiyə almır, çünki sərin hava aldadıcı ola bilər. Ancaq ilin bu dövründə ultrabənövşəyi şüalar çox aktivləşir və qışdan çıxmış dəri daha zəif olur. Baharda atmosferin qoruyucu qatı nazikləşdiyi üçün ultrabənövşəyi şüalar Yer səthinə daha güclü təsir edir. Həmçinin havanın temperaturunun yüksək olmaması yaydakı kimi istilik hissi yaratmır. Nəticədə sərin havada belə fərqinə varmadan günəşdə yanmaq ehtimalı yüksəkdir.

Qış aylarında melanin istehsalının azalması və dərinin təbii qoruyucu xüsusiyyətlərini itirərək ağarması riskləri daha da artırır. Bunun nəticəsində immunitetin zəifləməsi və şüaların birbaşa təsiri ilə yaranan bədxassəli dəri xəstəlikləri (melanoma və bazal hüceyrəli karsinoma daxil olmaqla), kollagenin parçalanması nəticəsində erkən qırışlar, elastikliyin itməsi, yaş ləkələrinin əmələ gəlməsi ilə müşayiət olunan fotoqocalma, həmçinin günəş yanıqları və allergik hallar (eritema, günəş dermatiti və s.) baş verə bilər", - deyə mütəxəssis bildirib.

İ.Volgina dərini qorumaq üçün günəş kremlərindən, baş geyimlərindən və nəmləndirici vasitələrdən istifadə etməyi tövsiyə edib.

"Belə fəsadların qarşısını almaq üçün bəzi sadə qaydalara əməl olunmalıdır: küçəyə çıxmadan 20 dəqiqə əvvəl açıq qalan dəriyə ən azı SPF 30+ (həssas dərilər üçün SPF 50+) qoruyuculuğu olan kremlər çəkilməli və xüsusilə, günəş altında uzun müddət qalındıqda hər iki saatdan bir yenilənməlidir.

Çiyinləri və dekolte nahiyəsini örtən geyimlərə, eləcə də papaq və ya kepkalara üstünlük verilməlidir. Ultrabənövşəyi şüaların ən güclü olduğu 11:00-16:00 aralığında birbaşa günəş altında qalmaqdan çəkinmək lazımdır. Yaz günəşi dərini qurutduğuna görə, çöldən qayıtdıqdan sonra nəm balansını bərpa etmək üçün mütləq nəmləndirici vasitələrdən istifadə edin", - deyə həkim əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Sağlamlıq#Həkim_məsləhəti

Oxşar Xəbərlər

Hindistanda ağlagəlməz həkim səhviMaraqlı

Hindistanda ağlagəlməz həkim səhvi

Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.

Bu gün
01:480
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQMaraqlı

Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ

Narahatlıq orqanizmin normal reaksiyasıdır və insana təhlükə və streslə mübarizə aparmağa kömək edir. Lakin bəzi hallarda bu hal ciddi pozuntuya çevrilə, yaxud obsessiv-kompulsiv pozuntunun (OKP) təzahürü ola bilər.

Dünən
03:160
İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJMaraqlı

İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ

Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.

Dünən
10:520
Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcəkMaraqlı

Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək

Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.

16 aprel 2026
04:420