Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Yüksəliş" müsabiqəsinə maraq artır: Minlərlə iştirakçı artıq qeydiyyatdan keçib - FOTO
"Yüksəliş" müsabiqəsinə maraq artır: Minlərlə iştirakçı artıq qeydiyyatdan keçib - FOTO
Cəmiyyət

"Yüksəliş" müsabiqəsinə maraq artır: Minlərlə iştirakçı artıq qeydiyyatdan keçib - FOTO

31 mart 2026
15:09
1 baxış
Paylaş:

VI "Yüksəliş" müsabiqəsinə 6 mart tarixində başlayan qeydiyyat yüksək dinamika ilə davam edir.

VI "Yüksəliş" müsabiqəsinə 6 mart tarixində başlayan qeydiyyat yüksək dinamika ilə davam edir.

Gundem.today xəbər verir ki, müsabiqəyə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb. Ümumilikdə isə ötən 5 mövsüm üzrə 69 mindən çox müraciətin qeydə alınması "Yüksəliş" müsabiqəsinin Azərbaycanda insan kapitalının inkişafı üzrə mühüm platformaya çevrildiyini göstərir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsi ölkədə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biridir.

Müasir dövrdə cəmiyyətlərin inkişafı yalnız iqtisadi resurslarla deyil, bu resursları effektiv şəkildə idarə edə bilən insan kapitalının keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan "Yüksəliş" müsabiqəsi Azərbaycanda idarəçilik potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və yeni nəsil peşəkar kadr ehtiyatının formalaşdırılması istiqamətində sistemli yanaşmanı təcəssüm etdirir. "Yüksəliş" idarəetmə potensialının üzə çıxarılmasına və inkişafına xidmət edən müsabiqə olmaqla yanaşı, həm də meritokratiya, şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında formalaşan, müxtəlif sahələrdən olan insanları ortaq inkişaf mühitində birləşdirən platformadır. Müsabiqə iştirakçılara yalnız bilik və bacarıqlarını yoxlamaq imkanı vermir, eyni zamanda, onların strateji düşünmə, qərarvermə və liderlik potensialını üzə çıxarır.

Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir: "Yüksəliş" müsabiqəsi ölkədə güclü insan kapitalının və peşəkar idarəetmə elitasının formalaşdırılması istiqamətində həyata keçirilən strateji yanaşmanın mühüm tərkib hissəsidir. Məqsədimiz yalnız qalibləri müəyyənləşdirmək deyil, dövlət prioritetlərini effektiv şəkildə reallaşdıra bilən və ölkənin uzunmüddətli inkişafına töhfə verən kadrların formalaşması üçün dayanıqlı inkişaf mühiti yaratmaqdır".

Beş mövsüm ərzində əldə olunan nəticələr bu yanaşmanın effektivliyini aydın şəkildə göstərir. Bu dövr ərzində müsabiqəyə ümumilikdə 69 963 nəfər müraciət edib, onlardan 39 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1 254 nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.

Statistik göstəricilər iştirakçı profilinin geniş və inklüziv olduğunu da ortaya qoyur. Qeydiyyatdan keçənlərin 30.45 faizini qadınlar, 69.55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55.63 faizi dövlət sektorunu, 34.51 faizi özəl sektoru, 6.34 faizi beynəlxalq qurumları, 3.52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir. Bu göstəricilər "Yüksəliş"in müxtəlif sahələrdə çalışan, fərqli təcrübəyə malik, lakin ortaq olaraq idarəçilik potensialı daşıyan şəxsləri bir araya gətirdiyini təsdiqləyir. Cari mövsüm üzrə qeydiyyat mərhələsi də yüksək fəallıqla davam edir. Hazırda 10 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 7 mindən çoxu kişi, 2 mindən çoxu isə qadındır.

Eyni zamanda, müsabiqəyə yenidən qatılan iştirakçıların sayı ilə ilk dəfə müraciət edənlərin sayı arasında yaxınlıq müşahidə olunur. Əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. Bu dinamika müsabiqəyə olan marağın davamlı xarakter daşıdığını və müsabiqənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini göstərir. "Yüksəliş" müsabiqəsinin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun qiymətləndirmə yanaşmasıdır. Müsabiqə çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Bu isə onu klassik imtahan modelindən fərqləndirərək daha kompleks və müasir inkişaf platformasına çevirir.

Müsabiqə qalibləri üçün təqdim olunan imkanlar da bu ekosistemin davamlılığını təmin edir. Qaliblər Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər. Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), SOCAR, "PAŞA Holding", Mərkəzi Bank, Dövlət Neft Fondu (SOFAZ), "AzerGold" QSC, bp və "Kapital Bank" ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarında müxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, VI "Yüksəliş" müsabiqəsi üzrə qeydiyyat 16 aprel tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək öz idarəetmə potensialını sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək və yeni inkişaf imkanları əldə etmək şansı qazana bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21-51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏCəmiyyət

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

8 may 2026
18:561
Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOCəmiyyət

Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.

8 may 2026
18:520
Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTOCəmiyyət

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

8 may 2026
18:440
Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİCəmiyyət

Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.

8 may 2026
18:324