Son dəqiqə
Tramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTOİranın İsrailə hücumları nəticəsində 42 nəfər həlak olubAzərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKAPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 09.04.2026UEFA Avropa Liqası: 1/4 finalın növbəti oyunları keçiriləcək"General Motors" 270 mindən çox avtomobili geri çağırır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?
Cəmiyyət

Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?

Bu gün
07:18
0 baxış
Paylaş:

Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.

Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.

Gundem.today xəbər verir ki, rusiyalı həkim-terapevt Şota Kalandia "İzvestiya" nəşrinə müsahibəsində bu problemin kökləri və yuxu keyfiyyətinin artırılması yolları haqqında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə orqanizmdə dəmir, həmçinin D və B qrupu vitaminlərinin defisitini aradan qaldırmaq lazımdır. Sözügedən elementlər əzələlərin işində, sinir sisteminin fəaliyyətində və enerji mübadiləsində mühüm rol oynayır. Onların çatışmazlığı təkcə halsızlıqla deyil, həm də başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı ilə müşayiət oluna bilər.

Yuxunun müddəti qədər keyfiyyəti də vacibdir. İnsan 7-8 saatlıq yuxu normasına əməl etsə də, proses kəsintili ola bilər. Məsələn, obstruktiv yuxu apnesi zamanı tənəffüsdə qısamüddətli dayanmalar baş verir ki, bu da orqanizmin tam bərpasına imkan vermir.

Endokrinoloji amillər sırasına isə qalxanabənzər vəzinin fəaliyyət pozuntuları, xüsusilə də hipotiroidizm aiddir. Bu hal metabolizmin ləngiməsi, enerjinin düşməsi və ümumi əzginliklə nəticələnir.

Ş.Kalandia bildirib ki, ehtimal edilən digər səbəb xroniki stresdir. Qanda kortizol hormonunun davamlı olaraq yüksək qalması daxili ehtiyatları tükəndirir. Bundan başqa, daimi yorğunluq aşağıdakı xəstəliklərin ilkin əlaməti ola bilər:

- Prediabet və şəkərli diabet (hüceyrələrin enerjisiz qalması);

- Arterial hipertenziya (ürək-damar xəstəlikləri);

- Mədə-bağırsaq xəstəlikləri (qastrit, qaraciyər patologiyaları);

- Autoimmun proseslər.

Halsızlıq, həmçinin hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma və gün ərzində az su içməklə də bağlı ola bilir.

Terapevt xəbərdarlıq edib ki, əgər yorğunluq hissi bir neçə həftə davam edərsə və həyat keyfiyyətini aşağı salarsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda mütləq mütəxəssisə müraciət edərək zəruri tibbi müayinələrdən keçmək tövsiyə olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Şəkərli_diabet#Həkim_məsləhəti#Sağlamlıq

Oxşar Xəbərlər

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKACəmiyyət

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA

2025-ci ildə Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə boşanmaların sayı məlum olub.

Bu gün
08:300
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 09.04.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 09.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
08:140
Biləcəri dəmiryol stansiyasında piyada keçidi təhlükə yaradır - Sərnişinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Biləcəri dəmiryol stansiyasında piyada keçidi təhlükə yaradır - Sərnişinlərdən ŞİKAYƏT - VİDEO

Bakının Biləcəri dəmir yolu stansiyasında qatarlara minmək və düşmək istəyən sərnişinlər məcburən yerüstü piyada keçidindən istifadə edirlər. Lakin keçidin vəziyyəti ürəkaçan deyil, əksinə, olduqca təhlükəlidir. Buradan enərkən ən kiçik diqqətsizlik belə insan həyatı üçün ciddi risk yarada bilər.

Bu gün
01:480
Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEOCəmiyyət

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.

Bu gün
00:480