
Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: "Təəccüblü deyil"
"Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur".
"Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur".
Gundem.today News.ru-ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı səsləndirib.
XİN nümayəndəsi qeyd edib ki, sözügedən təşkilat Azərbaycan da daxil olmaqla, müxtəlif dövlətlərə münasibətdə özünü saymazyana aparır.
Diplomat əlavə edib: "Bilirsiniz ki, qondarma Avropa Parlamenti ilə bütün təmasları kəsmək məhz Bakının qərarı olub. Belə bir addım gözlənilməz deyil. Azərbaycan bu təşkilatın saymazyana münasibəti, hörmətsizliyi və müstəqil ölkələrin daxili işlərinə birbaşa qarışması ilə qarşılaşan yeganə respublika deyil".
Məlumat üçün bildirək ki, 1 may 2026-cı il tarixində Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bəzi qurumları ilə birgə fəaliyyətin dayandırılması barədə açıqlama verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - VİDEO
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında ABŞ-Çin münasibətləri müzakirə edilib.
SiyasətWUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi, tapşırıqlar verildi - FOTO
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
SiyasətBoşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? - VİDEO
Cənubi Qafqazda geosiyasi proseslər son illərdə yeni mərhələyə daxil olub. Regionda yaranmış yeni reallıqlar Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini bir-biri ilə daha əlaqəli prosesə çevirib.
SiyasətAzərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı şəhərində Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.