
Zaxarova toyundan danışdı: "Dördümüz idik: vitse-konsul, biz ikimiz və Putinin portreti"
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova 2005-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən toy mərasimi ilə bağlı xatirələrini bölüşüb.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova 2005-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən toy mərasimi ilə bağlı xatirələrini bölüşüb.
Gundem.today xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatın açıqlamasına istinadən məlumat yayıb.
"Səfərə yollanmağımdan bir ay əvvəl tanış olduq, ardınca isə mən xidməti ezamiyyətə getdim. Çalışdığım şöbəni pis vəziyyətdə qoya bilməzdim. Daha sonra konsulluğa yollanaraq nikah bağladıq, bir növ toy mərasimi idi. Otaqda cəmi dördümüz idik: vitse-konsul, biz ikimiz və Rusiya Prezidenti Vladimir Putinin portreti", - deyə XİN rəsmisi zarafatla qeyd edib.
Bununla yanaşı, Zaxarova ailə üzvlərinin yalnız Rusiya vətəndaşlığına sahib olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, onların başqa ölkə vətəndaşlığı daşıması barədə saxta məlumatlar artıq altı ildən çoxdur ki, dövriyyədədir:
"Bütün rəsmi kanallar vasitəsilə dəfələrlə təkzib edilməsinə baxmayaraq, yenə də yayılmaqda davam edir".
Xatırladaq ki, mayın 4-də Mariya Zaxarova Dövlət Departamentinin rusiyalı diplomatlara qarşı yeni təzyiq vasitəsi kimi onların uşaqlarına məcburi qaydada ABŞ vətəndaşlığı verdiyini bəyan etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCNN-in qurucusu Ted Törner vəfat etdi
CNN telekanalının qurucusu Ted Törner 87 yaşında vəfat edib.
Dünyaİtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO
Adriatik dənizi sahilində yerləşən İtaliyanın kiçik Punta-Marina şəhəri tovuzquşuların "hücum"undan əziyyət çəkir.
Dünyaİndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü - FOTO - VİDEO
İndoneziyada sərnişin avtobusunun avtosisternlə toqquşması nəticəsində azı 16 nəfər həlak olub.
DünyaTramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"
"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".