
Zelenski ABŞ rəsmilərini Ukraynaya hörmətsizlikdə günahlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski televiziya marafonundakı çıxışında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Ukraynaya qarşı hörmətsizlik nümayiş etdirdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski televiziya marafonundakı çıxışında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Ukraynaya qarşı hörmətsizlik nümayiş etdirdiyini bildirib.
Gundem.today xəbər verir ki, prezidentin sözlərinə görə, təkcə Moskvaya səfər edib Kiyevdən yan keçmək böyük sayğısızlıq əlamətidir.
O vurğulayıb ki, müharibə şəraitində Ukraynaya gəlmək çətinlik yaratsa da, digər xarici siyasətçilər Kiyevə səfər etməkdən çəkinmirlər.
"Bu addım bizdən çox, onların özlərinə lazımdır", - deyə dövlət başçısı diqqətə çatdırıb.
Zelenski, həmçinin qeyd edib ki, danışıqların məkanından çox, oradan əldə olunacaq yekun nəticələr daha böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Zelenski bundan öncə Stiven Uitkoffla Cared Kuşnerin müharibədə Rusiyanın qalib gələcəyinə inandıqlarını və bu yanaşmanın Ukrayna üçün ciddi problem yaratdığını söyləmişdi. O, həmçinin əlavə edib ki, hər iki ABŞ-li nümayəndə mütəmadi olaraq İran məsələləri ilə məşğul olduğundan Ukrayna böhranına yetərincə vaxt ayıra bilmir.
Ukrayna lideri onu da bildirib ki, Birləşmiş Ştatların rəsmiləri Kiyevə nə qədər tez gələrlərsə, onların əsl niyyətləri və planları da bir o qədər tez aydınlaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO
Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.
DünyaABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
Dünya"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub
Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.
DünyaABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ
Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.