
"Zirə" ilə həlledici duel: Valdas Dambrauskas azarkeşlərə hücum futbolu vəd etdi
"Bizim üçün Misli Premyer Liqasının çempionu olmaq böyük mükafat idi. Ancaq ölkə kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq".
"Bizim üçün Misli Premyer Liqasının çempionu olmaq böyük mükafat idi. Ancaq ölkə kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq".
Gundem.today xəbər verir ki, bu sözləri "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə müsahibəsində bildirib.
Mütəxəssis "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb:
"Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir. "Zirə" çox yaxşı komandadır. Heç vaxt təslim olmurlar. Onlar bizi təəccübləndirə bilər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Onların dəstəyini hiss etmək istəyirik. Biz daha çox hücum futbolu oynamaq istəyirik ki, azarkeşlər oyundan zövq alsınlar. Kuboku başımız üzərinə qaldıracağımıza ümid edirəm".
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanRəşad Sadıqov "Sabah"la final matçından danışdı
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq".
İdmanÇimayev və Striklendin mətbuat konfransı UFC-də izlənmə rekordu qırdı
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən UFC-nin orta çəki dərəcəsində çempionu Hamzat Çimayev və ABŞ-li Şon Striklendin mətbuat konfransı əsl ajiotaj yaradıb.
İdman"Formula-1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub
Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
İdman"Real Madrid"də Kilian Mbappeyə qarşı 40 milyon imza toplanıb
"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.