Son dəqiqə
Fatih Birol: "Hazırda dünya tarixinin ən böyük enerji böhranı yaşanır"Azərbaycanda qadın sahibkarların qarşılaşdığı əsas ÇƏTİNLİKLƏR AÇIQLANDI - FOTONaxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDISumqayıtda sərnişin avtobusu əks hərəkət zolağına çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEO"BRAVO": 10 İlin ParıltısıGümüşün qiyməti 75 dollardan aşağı düşüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO
10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO
Cəmiyyət

10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO

Bu gün
15:24
0 baxış
Paylaş:

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin 10 övladı şəraitsiz və darısqal evdə böyüyür.

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin 10 övladı şəraitsiz və darısqal evdə böyüyür.

2010-cu ildə ailə quran cütlüyün bu müddət ərzində 10 övladı dünyaya gəlib. Ailənin ən kiçik övladı iki, ən böyüyü isə 15 yaşındadır.

Baku TV-nin xəbərinə görə, ailənin əsas dolanışıq mənbəyi əvvəllər dövlət tərəfindən verilən sosial müavinət olub. Lakin hazırda bu müavinətin müddətinin uzadılmasından imtina edilib.

Əflan Abdullayevin sözlərinə görə, sənədlər 2 mart tarixində təqdim olunub:

"Dəfələrlə zəng etdikdə bizə bayram günləri ilə əlaqədar gecikmə olduğu deyildi. Sonradan sənədlərin qaydasında olduğu, baxışsız təyinat veriləcəyi bildirildi. Aprelin 19-da isə imtina mesajı aldıq. Səbəb kimi evə baxışın keçirilə bilməməsi göstərilib. Halbuki biz evdə idik. Gəlib qapının şəklini çəkib, əlaqə saxlaya bilmədiklərini qeyd ediblər".

Əflan Abdullayev maddi vəziyyətlərinin ağır olduğunu, 10 uşağın xərclərinin qarşılanmasının çətinləşdiyini bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Salyan rayon sakini Əflan Əzizxan oğlu Abdullayevin ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2026-cı il martın 2-də olub. Bununla əlaqədar qanunvericiliyin tələblərinə əsasən, aidiyyəti üzrə əməkdaşlar ailənin maddi-məişət şəraitinin araşdırılması üçün ünvana getsələr də, ailə bunun üçün şərait yaratmayıb. Daha doğrusu, ərizə-bəyannamədə qeyd edilən ünvanda olan əməkdaşlara qapını açan olmayıb və təmsilçi ilə əlaqə yaratmağa cəhd edilsə də, telefon nömrəsinə zəng çatmayıb. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun qaydada ailənin sosial yardımla bağlı müraciətinə imtina verilib.

Qeyd edək ki, təmsilçinin həyat yoldaşı Gülşən Asif qızı Abdullayevaya hazırda fond tərəfindən beşdən çox uşağı olan qadın kimi 1 400 manat məbləğində müavinət ödənilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Salyan#çoxuşaqlı_ailə#sosial_yardım#ünvanlı_sosial_yardım#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi#Əflan_Abdullayev#sosial_müavinət#Qaraçala_qəsəbəsi

Oxşar Xəbərlər

Azərbaycanda qadın sahibkarların qarşılaşdığı əsas ÇƏTİNLİKLƏR AÇIQLANDI - FOTOCəmiyyət

Azərbaycanda qadın sahibkarların qarşılaşdığı əsas ÇƏTİNLİKLƏR AÇIQLANDI - FOTO

"Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə nəzərəçarpacaq dərəcədə artıb".

Bu gün
16:350
Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDICəmiyyət

Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

Bu gün
16:320
Sumqayıtda sərnişin avtobusu əks hərəkət zolağına çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEOCəmiyyət

Sumqayıtda sərnişin avtobusu əks hərəkət zolağına çıxaraq təhlükə yaratdı - ANBAAN VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükəyə atdığı anlar qeydə alınıb.

Bu gün
16:280
Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRARCəmiyyət

Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR

Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa olunub.

Bu gün
15:160