Son dəqiqə
Dünyanın ən iri suveren fondu milyardlarla dollar itirdiSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqABŞ ordusu Hind okeanında İrandan neft daşıyan tankeri saxladı - VİDEO"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurduRumıniya hökumətində kütləvi istefa: Altı nazir və baş nazirin müavini vəzifələrini tərk etdilərPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə edilir - FOTO - 23.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "BRAVO": 10 İlin Parıltısı
"BRAVO": 10 İlin Parıltısı
Digər

"BRAVO": 10 İlin Parıltısı

Bu gün
16:26
0 baxış
Paylaş:

"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.

"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.

Tədbirdə yüksəksəviyyəli rəsmi qonaqlar, diplomatik korpus nümayəndələri, media təmsilçiləri və ölkənin aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər. Qonaqlar arasında "Azərsun", "Veysəloğlu", "Coca-Cola", "Ləzzət Group", "Sirab" kimi iri istehsal və FMCG şirkətlərinin rəhbər şəxsləri, həmçinin "Paşa Bank", "Kapital Bank", "Bank of Baku" və "Unibank" kimi aparıcı bank və maliyyə qurumlarının nümayəndələri yer alıblar.

Eləcə də qonaqlar arasında "Pasha Holding"in rəhbər şəxsləri, Fransa səfirliyinin nümayəndələri, eləcə də İctimai Televiziya, Xəzər TV, Azad Azərbaycan Televiziyası, CBC TV, ARB və REAL TV kimi aparıcı televiziya kanallarının rəhbər nümayəndələri yer alıblar.

Açılış nitqi ilə çıxış edən "BRAVO"nun icraçı direktoru Jaime Teixeira şirkətin 10 il ərzində keçdiyi inkişaf yolundan, müştəri məmnuniyyəti və keyfiyyət standartlarına verdiyi önəmdən danışıb.

"BRAVO"nun ilk mağazası 2016-cı ilin aprel ayında "Gənclik Mall"da fəaliyyətə başlayıb. Qısa müddət ərzində şirkət Azərbaycanda müasir pərakəndə bazarında beynəlxalq standartları yerli bazara adaptasiya etməsi ilə seçilib.

Tədbir çərçivəsində "BRAVO"nun 10 illiyinə həsr olunmuş xüsusi videoçarx təqdim edilib. Bununla yanaşı, şirkətin inkişaf mərhələləri, innovativ mağaza formatları, eləcə də "BRAVO" mobil tətbiqinin funksionallığı və üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, 2024-cü ildən etibarən həyata keçirilən "BRAVO Brand" layihəsi çərçivəsində müxtəlif kateqoriyalar üzrə təqdim olunan yüksək keyfiyyətli məhsullar xüsusi olaraq vurğulanıb.

"BRAVO" rəhbərliyi bildirib ki, şirkətin əsas prioritetlərindən biri müştəri məmnuniyyəti, keyfiyyətli məhsul təqdimatı və şəffaf qiymət siyasətidir. Eyni zamanda, sosial məsuliyyət layihələri və davamlı inkişaf təşəbbüsləri şirkətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olaraq qalır.

Şirkət, fəaliyyət dövründə 4500-dən çox əməkdaşdan ibarət güclü komanda formalaşdırmaqla yanaşı, pərakəndə sahədə peşəkar insan resurslarının inkişafına əhəmiyyətli töhfə vermişdir.

"BRAVO" gələcək illərdə də innovativ yanaşmalar, genişlənmə strategiyası və müştəriyönümlü xidmət modeli ilə fəaliyyətini davam etdirməyi hədəfləyir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Bravo_Supermarket

Oxşar Xəbərlər

"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsüDigər

"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.

Bu gün
15:440
İsmayıllıda lotereyada 100 000 manat udulduDigər

İsmayıllıda lotereyada 100 000 manat uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.

Bu gün
15:060
"Nar" Kitab gününü Salyanda qeyd edibDigər

"Nar" Kitab gününü Salyanda qeyd edib

Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

Bu gün
12:260
"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisiDigər

"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi

SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.

Bu gün
12:180