
15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin bacısı Gülnar Məmmədova şahid qismində ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşının ögey qardaşıdır:
"Hadisə qayınatamın evində baş verib. Hadisə sübh tezdən 5 radələrində olub. Həyat yoldaşım məhkumluq həyatı yaşayır. Sabah onun yanına gedəcəyimdən axşamdan uşaqlarımla qayınatamgilə gəldik. Təqsirləndirilən şəxs, qardaşım Babək və onun nişanlısı Nəzrin bir otaqda idilər. Dedim ki, sakit olun uşağı yatızdırıb çantanı yığım. Birdən qışqırıq səsi başladı. Otağa girəndə gördüm ki, Araz dayanmadan qardaşıma bıçaq zərbələri vurur. Güclə müdaxilə edib onu yerə yıxdıq və zərərsizləşdirdik. Onun başına iki dəfə taxta ilə zərbə vurdum. Hər yer qan idi. Onu da qeyd edim ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. O mənə nifrət edir və düşmən münasibəti bəsləyir. Bunun səbəbi isə onun maşında həmcinsi ilə erotik videosunun əlimə keçməsidir. Dəfələrlə davalarımız olub. Bir dəfə də çayniki başıma çırpdı. Xəstəxanada başıma 40 tikiş vurmuşdular. Sadəcə yoldaşıma görə şikayət etmədim".
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib.
Aparılan istintaqla müəyyən edilib ki, 2025-ci il fevralın 28-də Araz Səmədovun yaşadığı Əmircandakı fərdi yaşayış evinə qardaşının qaynı, həmçinin bacısı Nəzrin Şahmuradovanın nişanlısı olan Babək Uğurlu qonaq gəliblər.
Bu məqamda müəyyən vaxt keçdikdən sonra Araz Babəki onun bacısı Nəzrinlə yataq otağında söhbət edən zaman zorlamasını, seksual xarakterli zorakı və əxlaqsız hərəkətlər etməsini güman edərək onu qəsdən öldürmək qərarına gəlib.
Araz qonaq otağından bıçağını götürərək yataq otağına daxil olub və bacısından dərhal otaqdan çıxmasını tələb edib. Lakin bacısı otaqdan çıxmadıqda ilk olaraq Babək Uğurlunun sifət nahiyəsinə yumruq zərbəsi vurub, daha sonra Araz əlindəki bıçağı bacısının sifət nahiyəsinə sıxaraq zərif çapıq xəsarəti yetirib və təkrarən otaqdan çıxmasını tələb edib.
Bu zaman bacısının nişanlısı olan Babəki öldürmək məqsədilə əlindəki bıçaqla onun sinə, qarın və bədəninin müxtəlif nahiyələrinə, ümumilikdə 7 bıçaq zərbəsi endirib.
Babək Uğurlunun yaralı vəziyyətdə aktiv müdafiə olunması, eyni zamanda, evdə olan şəxslərin köməyi və vaxtında müdaxiləsi nəticəsində Araz Səmədovun əlindən bıçağı almaq və zərərsizləşdirmək mümkün olub. Bununla da Araz niyyətini başa çatdıra bilməyib və Babəkin həyatı xilas edilib.
Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalQız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı
Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.
Kriminal35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıb
Quba şəhərində 18 yaşlı gənc xuliqanlıq zəminində 35 yaşlı keçmiş yeznəsinə ağır bıçaq xəsarətləri yetirib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.
KriminalOtaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində kirayədə qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə qətlə yetirməyə cəhd etməkdə günahlandırılan İbrahim Əliyevin məhkəmə prosesinin təfərrüatları. Təqsirləndirilən və zərərçəkmişin ifadələri barədə oxuyun.
KriminalOğul ona araq verməyən anasını döydü, min manat cərimələndi
Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.