Son dəqiqə
SAXAL İranın 130-dan çox HHM sistemini məhv edib - VİDEONəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİİsrailin şəhərləri bombalandı - VİDEO"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötür35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıbTayvanın müxalifət liderinin Çinə sirli səfəri - Trampın mövqeyinin təsiri varmı?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi
Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi
Kriminal

Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi

Bu gün
12:52
0 baxış
Paylaş:

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gundem.today Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında saat 16:30-da təqsirləndirilən şəxsin yaşadığı Qusar rayonu ərazisində yerləşən mağazada baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Bəşirzadə mağazada satıcı kimi çalışan anası, zərərçəkmiş Bəsti Bəşirzadədən (adı, soyadı şərtidir) spirtli içki almaq istəyib. Anasının buna etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadına qarşı fiziki zor tətbiq edərək onun üz nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə Bəsti Bəşirzadəyə sağ göz orbiti ətrafında və üst dodağın orta hissəsində qançırlar, burunun sol yan səthində sıyrıqlar, eləcə də üst dodağın selikli qişasında əzilmiş yara kimi xəsarətlər yetirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngüldərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Fərəc Bəşirzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü səhər saatlarında qardaşına məxsus mağazadan spirtli içki alaraq qəbul edib. Daha sonra həmin gün yenidən mağazaya qayıdaraq spirtli içki almaq istəyərkən anası buna mane olub. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən təqsirləndirilən şəxs əsəbiləşərək anasına zərbə endirdiyini etiraf edib.

O, həmçinin anası ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qusar_rayon_məhkəməsi#qəsdən_sağlamlığa_yüngül_zərər_vurma#məişət_zorakılığı#cinayət_işi_məhkəmə_hökmü#spirtli_içki_üstündə_dava#cərimə_cəzası#fiziki_zor_tətbiq_etmə.

Oxşar Xəbərlər

35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıbKriminal

35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıb

Quba şəhərində 18 yaşlı gənc xuliqanlıq zəminində 35 yaşlı keçmiş yeznəsinə ağır bıçaq xəsarətləri yetirib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Bu gün
15:080
Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıbKriminal

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində kirayədə qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə qətlə yetirməyə cəhd etməkdə günahlandırılan İbrahim Əliyevin məhkəmə prosesinin təfərrüatları. Təqsirləndirilən və zərərçəkmişin ifadələri barədə oxuyun.

Bu gün
14:400
Rusiyada imtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - FOTOKriminal

Rusiyada imtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - FOTO

Rusiyanın Perm bölgəsində 17 yaşlı şagird Dobryanka şəhərindəki məktəbdə direktor müavini və müəllim işləyən Olesya Baqutaya bıçaqla hücum edib.

Bu gün
12:360
200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti veribKriminal

200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib

Paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bu gün
12:280