Son dəqiqə
Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcəkTrampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?Harada ev almaq daha böyük qazanc vəd edir? - Bakının rayonları üzrə QİYMƏT ARTIMI templəri - CƏDVƏLSabah güclü külək əsəcək - XƏBƏRDARLIQABŞ və İsrail İranda Xarq adasına və dəmiryol xətlərinə zərbələr endiriblər - FOTO - VİDEOAsudə vaxtını dəyərləndirməklə başlayan sənət: Təbii ağacdan dekorativ əşyalar və oyuncaqlar - FOTOREPORTAJ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Qız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı
Qız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı
Kriminal

Qız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı

Bu gün
15:28
1 baxış
Paylaş:

Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün yekun qərarını elan edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən həm təqsirləndirilən şəxslər - Fikrət Əliyev və Ülvi Səmədov, həm də qaçırılan qız apellyasiya şikayəti vermişdilər.

F.Əliyevin vəkili Ruzi Səmədov və Ü.Səmədovun vəkili Anar Məmişov son çıxışlarında ortada adam oğurluğuna cəhd cinayətinin olmadığını, zərərçəkmiş şəxsin də şikayətində bunu təsdiq etdiyini deyərək müvəkillərinə bəraət verilməsini istəyiblər.

Həm birinci, həm də apellyasiya instansiyasında ifadə verən 19 yaşlı zərərçəkmiş Leyli (adı şərtidir) də təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, hətta Fikrəti sevdiyini, azadlığa buraxılan kimi evlənmək istədiklərini deyib.

Bu gün apellyasiya instansiyası hökmü dəyişib.

Qərara əsasən, Fikrətin şikayəti təmin edilməyib. Onun əvvəlki məhkumluğu da (residiv) nəzərə alınaraq 8 illik həbs cəzası qüvvədə saxlanılıb. Amma 6 il 9 ay həbs verilən Ülvi Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Onun cəzası şərti hesab edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#məhkəmə_işi#qız_qaçırma#Bakı_Apellyasiya_Məhkəməsi#adam_oğurluğu#cinayət_işi#həbs_qərarı#şərti_cəza#məhkəmə_hökmü#hüquq#residiv

Oxşar Xəbərlər

15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"Kriminal

15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün
16:360
35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıbKriminal

35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlanıb

Quba şəhərində 18 yaşlı gənc xuliqanlıq zəminində 35 yaşlı keçmiş yeznəsinə ağır bıçaq xəsarətləri yetirib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Bu gün
15:081
Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıbKriminal

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində kirayədə qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə qətlə yetirməyə cəhd etməkdə günahlandırılan İbrahim Əliyevin məhkəmə prosesinin təfərrüatları. Təqsirləndirilən və zərərçəkmişin ifadələri barədə oxuyun.

Bu gün
14:400
Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndiKriminal

Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün
12:520