
40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?
Bu gün Böyük Britaniyanın moderatorluğu ilə 40-dan artıq dövlətin nümayəndəsinin qatılacağı onlayn hərbi planlaşdırma konfransı təşkil ediləcək. Görüşdə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsi növbəti dəfə müzakirə olunacaq.
Bu gün Böyük Britaniyanın moderatorluğu ilə 40-dan artıq dövlətin nümayəndəsinin qatılacağı onlayn hərbi planlaşdırma konfransı təşkil ediləcək. Görüşdə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsi növbəti dəfə müzakirə olunacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Tədbir Nortvudda yerləşən Britaniya hərbi bazasından idarə olunacaq. İclasda bu mühüm strateji su dəhlizində təhlükəsiz gəmiçiliyin bərpası prosesinə dəstək vermək niyyətində olan ölkələr yer alacaq. Fransa, Almaniya, Yaponiya, Kanada, Cənubi Koreya, BƏƏ və Avstraliya kimi dövlətlər də iştirakçılar sırasındadır. Britaniya nümayəndəsinin açıqlamasına əsasən, müzakirələr zamanı Birləşmiş Ştatların yer almayacağı beynəlxalq birliyin formalaşdırılması istiqamətində müvafiq təkliflər dəyərləndiriləcək.
Bu gün baş tutacaq konfrans ötən həftə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin rəhbərliyi ilə 41 ölkənin qatıldığı virtual iclasın davamı xarakteri daşıyır.
Bu onlayn görüş ABŞ Prezidenti Donald Trampın tərəfdaşlarına boğazın açılmasını müstəqil şəkildə həll etmələri ilə bağlı müraciətinə reaksiya olaraq təcili təşkil olunub.
Hörmüz boğazının mühafizəsi məsuliyyətindən imtina edən Tramp vurğulayıb ki, bu marşrutdan yararlanan dövlətlər onu sərbəst şəkildə açmalıdırlar. Amerika lideri əlavə edib:
"Hesab edirəm ki, neft resurslarına nəzarəti əlində saxlayan hər kəs bu boğazın açılmasında maraqlı olacaq".
Ağ Evin lideri həmçinin bildirib ki, boğazın bağlanması nəticəsində yarana biləcək enerji böhranı qarşısında Böyük Britaniya və bənzər ölkələr öz neft hasilatını təmin etməlidirlər.
Britaniyanın Baş naziri Kir Starmerin sözlərinə görə, dəniz hərəkətinin təhlükəsizliyinə yönəlmiş hər hansı tədbir ancaq atəşkəs əldə olunduqdan sonra həyata keçiriləcək:
"Gərginliyin azalmasının mütləq şəkildə Hörmüz boğazının təhlükəsiz açılışı ilə nəticələnəcəyini iddia etmək o qədər də etibarlı yanaşma deyil".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan ŞOK BƏYANAT: "Bu gecə bütün bir sivilizasiya məhv olacaq" - FOTO
ABŞ Prezidenti Donald Tramp İrana yönəlik dəhşətli xəbərdarlıq edib. O deyib ki, Vaşinqtonun tələbləri yerinə yetirilməyəcəyi halda 7 aprel gecəsi bütün bir sivilizasiya məhv olacaq.
DünyaAvstraliyanın ən məşhur hərbçisi həbs olundu
Avstraliyanın ən tanınmış və yüksək mükafatlara layiq görülmüş hərbçilərindən sayılan, "Viktoriya Xaçı" sahibi Ben Roberts-Smit yerli polis tərəfindən saxlanılıb.
Dünyaİran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbələr endirdiyini iddia edib.
DünyaTrampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?
ABŞ Prezidenti Donald Trampa qarşı sosial şəbəkələrdə təhdid mesajı yazan ölkə vətəndaşı həbs edilib.