Son dəqiqə
31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİGürcüstan parlamentinin sədri: "Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər""Qarabağ" liderliyini Çempionlar Liqasına qurban verdi? - VİDEO"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEOADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür""Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq
Kriminal

445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

Bu gün
20:00
0 baxış
Paylaş:

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə Gundem.today-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Zinyət Səfərovanın digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zinyət Səfərova Türkiyənin ərazisində saxlanılıb.

Zinyət Səfərovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Baş_Prokurorluq#Ədliyyə_Nazirliyinin_Penitensiar_Xidməti#Mənimsəmə_(israf_etmə)_cinayəti

Oxşar Xəbərlər

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədiKriminal

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb.

Bu gün
20:240
Kamran Əsədovun növbəti məhkəmə iclası keçirildi: 110 min dollar kimə verilib?Kriminal

Kamran Əsədovun növbəti məhkəmə iclası keçirildi: 110 min dollar kimə verilib?

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün
18:280
Avtomobillə piyadanı vuraraq öldürən şəxs mərhumun ailəsinə 31 min manat ödəyəcəkKriminal

Avtomobillə piyadanı vuraraq öldürən şəxs mərhumun ailəsinə 31 min manat ödəyəcək

Ötən il iyulun 31-nə keçən gecə Xətai rayonunda piyadanın ölümünə səbəb olan avtoqəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bu gün
17:460
Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEOKriminal

Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEO

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.

Bu gün
17:060