
"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEO
"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərinə dair süjet təqdim edib.
"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərinə dair süjet təqdim edib.
Gundem.today bildirir ki, süjetdə İlham Əliyevin səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşdirdiyi vurğulanır.
Qeyd edilir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Süjetdə, həmçinin İlham Əliyevin türkiyəli həmkarına başsağlığı məktubu göndərdiyinə yer verilir.
"Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik" , - deyə süjet məktubdan sitat gətirib.
Qeyd edilir ki, İlham Əliyevin səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcəyi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətSahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.
SiyasətABŞ İranı sıxışdırır, Tehran isə geri çəkilmir - VİDEO
Yaxın Şərqdə gərginlik azalmır, sadəcə forması dəyişir.
SiyasətVaşinqton Pekinə güzəştə gedir? - VİDEO
"İran və Hörmüz boğazındakı bu gərgin vəziyyəti Çindən başqa həll edə biləcək bir tərəf təsəvvür etmək çox çətindir".
SiyasətABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - VİDEO
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Səfər çərçivəsində liman rəsmiləri ilə görüş keçirilib və ərazi ilə yaxından tanışlıq baş tutub.