
97 yaşlı sərnişinin olduğu avtomobil qəzaya düşdü: Yaralılar var
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mazda" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı xəsarət alan şəxslər - "Mazda"nın sürücüsü, Zaqatala rayon sakini, 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin, 97 yaşlı Səadət Şabanova və VAZ-2107-nin sürücüsü, Balakən rayon sakini, 19 yaşlı Dahil Rəcəbovdur.
Yaralılardan N.Nuriyeva və D.Rəcəbovun vəziyyəti qənaətbəxş, 97 yaşlı S.Şabanovanın vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəQubada restoranda ofisiant qəfil ölüb
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.
HadisəBakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz əməl törədilib.
HadisəFHN polkovnikinin Quba arzusu ürəyində qaldı - FOTO
Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.
HadisəAğsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Əraziyə mütəxəssislər cəlb olundular - FOTO
Ağsu dolaylarında baş verən torpaq sürüşməsinə görə əraziyə mütəxəssislər cəlb olunublar.