
Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Əraziyə mütəxəssislər cəlb olundular - FOTO
Ağsu dolaylarında baş verən torpaq sürüşməsinə görə əraziyə mütəxəssislər cəlb olunublar.
Ağsu dolaylarında baş verən torpaq sürüşməsinə görə əraziyə mütəxəssislər cəlb olunublar.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a açıqlamasında məlumat verib.
Qeyd edib ki, mütəxəssislər artıq əraziyə baxış keçiriblər:
"Problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur".
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, sürüşmə, əsasən, yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.
Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəQubada restoranda ofisiant qəfil ölüb
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.
HadisəBakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz əməl törədilib.
HadisəFHN polkovnikinin Quba arzusu ürəyində qaldı - FOTO
Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.
HadisəAbşeronda 61 yaşlı qadın ürəyindən bıçaqlandı
Abşeronda bıçaq xəsarəti alan qadın ölüb.