Son dəqiqə
Bolşevik adlarını daşıyan küçələrin adları dəyişdirilsin - Deputatdan TƏKLİFDostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİKim Çen In vəzifəsində qalacaqBaytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı - FOTONaxçıvanda daha bir həkim öldü - FOTOAlen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama verib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"
Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"
Dünya

Abbas Əraqçı: "İran ABŞ ilə ədalətli razılaşma əldə etməyə hazırdır"

Bu gün
12:48
0 baxış
Paylaş:

"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".

"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".

Gundem.today ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüşdə bəyan edib.

"Biz yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcəyik. İran ABŞ tərəfi ilə danışıqlarda öz hüquqlarını və maraqlarını qorumaq üçün bütün səyləri göstərəcək", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#ABŞ#Abbas_Əraqçı#Vanq_Yi#Pekin_görüşü#beynəlxalq_danışıqlar#münaqişənin_nizamlanması#xarici_siyasət#ədalətli_razılaşma#diplomatiya

Oxşar Xəbərlər

Kim Çen In vəzifəsində qalacaqDünya

Kim Çen In vəzifəsində qalacaq

Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq.

Bu gün
14:340
Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama veribDünya

Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama verib

Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda təşkil olunan Avropa Siyasi Birliyi sammitində ifadə edilən anti-Rusiya xarakterli bəyanatların Moskva ilə münasibətlərə mümkün təsiri ilə bağlı sualı cavablandırıb.

Bu gün
14:220
Ukrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşımDünya

Ukrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşım

"Rusiyalıların hərəkətləri atəşkəsi ləğv edir".

Bu gün
14:080
Braziliyada 13 yaşlı yeniyetmə məktəbdə dəhşət saçdı: Ölənlər və yaralılar var - FOTO/VİDEODünya

Braziliyada 13 yaşlı yeniyetmə məktəbdə dəhşət saçdı: Ölənlər və yaralılar var - FOTO/VİDEO

Braziliyanın şimal-qərb regionunda yerləşən Akko ştatındakı məktəblərin birində silahlı insident qeydə alınıb.

Bu gün
13:400