
Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama verib
Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda təşkil olunan Avropa Siyasi Birliyi sammitində ifadə edilən anti-Rusiya xarakterli bəyanatların Moskva ilə münasibətlərə mümkün təsiri ilə bağlı sualı cavablandırıb.
Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda təşkil olunan Avropa Siyasi Birliyi sammitində ifadə edilən anti-Rusiya xarakterli bəyanatların Moskva ilə münasibətlərə mümkün təsiri ilə bağlı sualı cavablandırıb.
Gundem.today-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlər qarşısında çıxış edən spiker bildirib ki, rəsmi İrəvan xarici ölkələrin mövqeyinə əhəmiyyət vermədən, ilk növbədə öz milli maraqlarını rəhbər tutmalıdır.
"Ermənistanın öz məqsədlərini təyin edərkən Moskvanı incitməmək naminə mütəmadi şəkildə ehtiyatlı addımlar atması nə qədər düzgündür? Düşünürəm ki, bu cür yanaşma səhvdir, belə ki, Rusiya öz məqsədlərinə doğru irəliləyərkən bizim maraqlarımızı nəzərə almır. Biz onlara qarşı hər hansı addım atmırıq, sadəcə olaraq, öz təhlükəsizliyimizi təmin edir və siyasi kursumuzu müəyyənləşdiririk", - deyə spiker əlavə edib.
Simonyan bildirib ki, indiki prizma birmənalı şəkildə dəyişməlidir və "kiminləsə əlaqə qurduğum üçün qarşı tərəf inciyəcəksə, vəziyyət necə olacaq?" kimi düşüncə qəliblərindən uzaqlaşmaq lazımdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-BMT münasibətlərindən danışılıb.
DünyaTramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdı
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiləri müşayiət edən "Azadlıq layihəsi" əməliyyatının qısamüddətli dayandırıldığını bildirib.
DünyaYaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalma
ABŞ və İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə baş verənlərin təklifi aşağı salması nəticəsində qlobal neft ehtiyatlarında aprel ayında 200 milyon barellik azalma qeydə alınıb. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri müşahidə olunan ən böyük geriləmə hesab olunur.
DünyaKim Çen In vəzifəsində qalacaq
Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq.