Son dəqiqə
Məhkəmə "Karaca Group"u cərimələdiABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEOÖlkənin bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVAAzərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklərTramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdıBirinci sinfə şagird qəbulu BAŞLADI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kim Çen In vəzifəsində qalacaq
Kim Çen In vəzifəsində qalacaq
Dünya

Kim Çen In vəzifəsində qalacaq

Bu gün
14:34
0 baxış
Paylaş:

Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq.

Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq.

Gundem.today xəbər veir ki, bu barədə "Reuters" agentliyi rəsmi sənədlərə istinadən məlumat paylaşıb.

Bildirilir ki, KXDR Konstitusiyasının yenilənmiş versiyası Dövlət İşləri sədri kimi Kim Çen Ina nüvə arsenalını işə salmaq səlahiyyəti verir. Həmin sənəddə xüsusi olaraq qeyd edilir ki, "müharibə risklərini önləmək" məqsədilə ölkənin nüvə proqramı davamlı şəkildə təkmilləşdiriləcək. Martın 24-də 15-ci çağırış Ali Xalq Məclisinin (SPA) birinci iclasında danışan Kim Çen In qlobal miqyasda müstəqil dövlətlərin hüquqlarının "kobudcasına tapdalandığını" bildirərək, nüvə silahından imtina etməmək qərarının tam qanunauyğun olduğunu diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, hazırkı dövrdə ölkənin təhlükəsizliyi çağırışlar və bəyanatlar vasitəsilə deyil, yalnız qüvvə tətbiqi ilə təmin edilir, sülh isə güc hesabına qorunur. Bundan əlavə, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatında bildirilir ki, Şimali Koreya öz əsas qanununun başlığından "sosialist" kəlməsini çıxarmaq barədə qərar verib və sənədin mətninə bir neçə fərqli düzəlişlər daxil edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kim_Çen_In#Şimali_Koreya

Oxşar Xəbərlər

ABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEODünya

ABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-BMT münasibətlərindən danışılıb.

Bu gün
15:300
Tramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdıDünya

Tramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdı

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiləri müşayiət edən "Azadlıq layihəsi" əməliyyatının qısamüddətli dayandırıldığını bildirib.

Bu gün
15:140
Yaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalmaDünya

Yaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalma

ABŞ və İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə baş verənlərin təklifi aşağı salması nəticəsində qlobal neft ehtiyatlarında aprel ayında 200 milyon barellik azalma qeydə alınıb. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri müşahidə olunan ən böyük geriləmə hesab olunur.

Bu gün
14:500
Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama veribDünya

Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama verib

Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda təşkil olunan Avropa Siyasi Birliyi sammitində ifadə edilən anti-Rusiya xarakterli bəyanatların Moskva ilə münasibətlərə mümkün təsiri ilə bağlı sualı cavablandırıb.

Bu gün
14:220