
ABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edib
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
İnsident Arkanzas ştatının Consboro şəhərində qeydə alınıb. Təhsil müəssisəsinin 51 yaşlı rəhbəri Meri Treysi Morrison orada şagirdlər üçün döyüş klubu qurub. Zərərçəkən məktəblilərdən birinin valideyninin bildirdiyinə əsasən, onun övladı təhsil ocağında həm mənəvi, həm də fiziki təzyiqlə üzləşib. Sonradan polis əməkdaşları uşaqlardan birinin 18 həmyaşıdının əhatəsində mərkəzə çıxarıldığını əks etdirən videogörüntülər tapıblar.
İstintaq sənədlərində qeyd olunur ki, Morrison digər uşaqlara mərkəzdəki şagirdin üzərinə əllərini qoymağı və onu naməlum bir cisimlə döyməyi əmr edib.
Kadrlarda eyni zamanda bir məktəblinin təpik zərbələrinə məruz qaldığı və boğulduğu da görünür.
İstintaqçıların məlumatına görə, zorakılıqdan sonra direktor əli ilə işarə edərək prosesdən razı qaldığını nümayiş etdirib. İşgəncə təqribən yarım saat sürüb. Sonda isə zərərçəkən şagird digərlərindən üzr istəməyə məcbur edilib və ona bu barədə heç kimə məlumat verməməsi tapşırılıb.
Aparılan araşdırmaların yekununda Morrison uşaqlara qarşı istismar üzrə bir, yetkinlik yaşına çatmayan şəxsləri qeyri-qanuni əməllərə sövq etmə üzrə isə dörd maddə ilə günahını boynuna alıb. Hakim ona 30 günlük həbs, elektron qolbaq daşımaqla 120 günlük ev dustaqlığı və doqquz illik şərti cəza təyin edib. Bundan əlavə, ona azyaşlılarla işləmək qadağası qoyulub və psixoloji müayinədən keçməsi barədə qərar çıxarılıb. Bu cinayət işi çərçivəsində məktəbin əlavə üç əməkdaşı da saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Hörmüz boğazından keçid üçün yeni mexanizm tətbiq edib
İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
DünyaQazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.
DünyaSEPAH Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın müəyyən etdiyi dəhlizlə keçməyə çağırıb.
Dünyaİsveç yeni xarici kəşfiyyat xidməti yaradır
İsveç birbaşa hökumətə tabe olacaq yeni xarici kəşfiyyat xidməti yaradacaq.