Son dəqiqə
Bakıda bəzi ərazilərdə işıq olmayacaqFərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"İran Prezidenti Vaşinqtona cavab verdi: "Mümkün deyil"Keçmiş icra başçısının polkovnik qardaşı vəfat etdiNağdsız əməliyyatların sayı niyə azalıb? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Dünya

Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır

Bu gün
22:36
0 baxış
Paylaş:

Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.

Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.

Gundem.today "Zakon.kz" saytına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı energetika nazirinin müavini Sunqat Yesimxanov məlumat verib.

S.Yesimxanovun sözlərinə görə, əgər dövlət nəzərdə tutulan bütün obyektləri istismara verərsə, rəhbərlik atom elektrik stansiyasının inşasının tamamlanmasını gözləmədən Rusiya elektrik enerjisinin idxalını dayandıra biləcək. O, ötən il Qazaxıstanda 123,1 milyard kVt·saat elektrik enerjisinin istehsal olunduğunu, istehlakın isə 124,6 milyard kVt·saat təşkil etdiyini diqqətə çatdırıb.

Nazir müavini həmçinin əlavə edib ki, Qazaxıstan Rusiyadan aldığı elektrik enerjisinin bir qismini Qırğızıstana təkrar ixrac edir.

Aprelin əvvəlində "Samruk-Enerqo" holdinqinin idarə heyətinin sədri Kayrat Maksutov bildirib ki, Qazaxıstan üç İstilik Elektrik Mərkəzinin (İEM) inşası üçün podratçı qismində Rusiya əvəzinə Sinqapuru seçib. Həmin İEM-lər Semey, Ust-Kamenoqorsk və Kokşetau şəhərlərində tikilməlidir.

Qeyd olunan sonuncu şəhərdə Rusiyanın iştirakı olmadan artıq tikinti işlərinə başlanılıb. Hökumət bunu "Rusiya tərəfindən ucuzlaşdırılmış maliyyələşdirmə üzrə zəmanətlərin olmaması" ilə əlaqələndirib.

2026-2030-cu illəri əhatə edən kömür generasiyasının inkişafı üzrə milli layihə çərçivəsində Qazaxıstanda səkkiz yeni elektrik stansiyası fəaliyyətə başlamalı, daha 11 stansiya isə modernləşdirilməlidir. Layihənin əsas məqsədi elektrik generasiyasını artırmaq və onun səmərəliliyini yüksəltməkdir.

2025-ci ildə Rusiya və Qazaxıstan ölkədə ilk AES-in inşasına start veriblər. Stansiyanın istismara verilməsi 2035-2036-cı illərə planlaşdırılır. Ümumilikdə Astana üç atom elektrik stansiyası tikməyi nəzərdə tutur. Onlardan birinin inşasını Çin həyata keçirməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Qazaxıstan#Rusiya#elektrik_enerjisi#enerji_idxalı#Sunqat_Yesimxanov#atom_elektrik_stansiyası#AES#enerji_obyektləri#Samruk-Enerqo#istilik_elektrik_mərkəzi.

Oxşar Xəbərlər

Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"Dünya

Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"

Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb.

Bu gün
23:360
İran Prezidenti Vaşinqtona cavab verdi: "Mümkün deyil"Dünya

İran Prezidenti Vaşinqtona cavab verdi: "Mümkün deyil"

İran Prezidenti ABŞ qarşısında təslim olmağın mümkünsüzlüyünü vurğulayıb.

Bu gün
23:320
Məsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?Dünya

Məsud Pezeşkian ilə SEPAH arasında gərginlik yaşanır?

"İran Prezidenti Məsud Pezeşkian və ölkənin Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər mövcud deyil".

Bu gün
23:180
Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"Dünya

Ekspertlərdən üzücü ehtimal: "Şimal dənizinə buraxılan qozbel balina "Timmi" sağ qalmayıb"

Almaniyanın sahil sularında dayazlıqda sıxışıb qalan, daha sonra Şimal dənizinə buraxılan "Timmi" ləqəbli qozbel balinanın öldüyü ehtimal olunur.

Bu gün
23:120