
Messinin klubu baş məşqçisiz qaldı
Argentinalı Xavyer Maskerano həmyerlisi Lionel Messinin şərəfini qoruduğu "İnter Mayami" futbol klubunun baş məşqçisi postunu tərk edib.
Argentinalı Xavyer Maskerano həmyerlisi Lionel Messinin şərəfini qoruduğu "İnter Mayami" futbol klubunun baş məşqçisi postunu tərk edib.
Gundem.today bu barədə MLS klubunun saytına istinadən xəbər verir.
Qeyd olunub ki, 41 yaşlı Maskerano bu qərarı şəxsi səbəblərə görə qəbul edib.
"Hər şeydən əvvəl kluba mənə göstərilən etimada görə, təşkilatın hər bir əməkdaşına, xüsusilə unudulmaz anlar yaşamağımıza kömək edən oyunçulara təşəkkür etmək istərdim. Mən, həmçinin azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki onlar olmasaydı, bütün bunların heç biri mümkün olmazdı", - deyə Maskerano bildirib.
Qeyd edək ki, Maskerano 2024-cü ilin noyabrında "İnter Mayami"yə rəhbərlik etməyə başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanEkvadorda futbol hakimi oyun zamanı güllələndi
Futbol hakimi Xavyer Orteqa Ekvadorda həvəskar komandaların matçı zamanı güllələnib.
İdmanŞotlandiyada marafonçu yarış zamanı həlak olub
35 yaşlı keçmiş dəniz piyadası və təcrübəli ultramarafonçu Devid Perriş Şotlandiyada yerləşən Keyp-Rot adlı ekstremal 234 millik (370 kilometrdən çox) cığırda dünya rekordu qırmağa cəhd edərkən həlak olub.
İdmanDerbidə zədələnən Asensio matçı buraxacaq: "Fənərbağça"da son vəziyyət
"Beşiktaş"la oynanılan derbidə zədələnərək oyuna davam edə bilməyən "Fənərbağça"nın futbolçusu Marko Asensionun "Çaykur Rizəspor"la qarşılaşmada da forma geyinəcəyi gözlənilmir.
İdman"Soyğunçuluq" iddiası baha başa gələ bilər: Rafinyaya ağır cəza təhlükəsi
Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Atletiko Madrid"lə cavab qarşılaşmasından sonra səsləndirdiyi fikirlər "Barselona"nın yarımmüdafiəçisi Rafinya üçün ciddi problemlər yarada bilər.