
ABŞ-də məxfi məlumatlara pul qoyuluşu qalmaqalı: Diplomatlara ciddi xəbərdarlıq olundu
ABŞ Dövlət Departamenti amerikalı diplomatlara məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğunu xatırladıb.
ABŞ Dövlət Departamenti amerikalı diplomatlara məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğunu xatırladıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
"Mətbuatda son vaxtlar dərc olunan məlumatlar ABŞ məmurlarının "Kalshi" və "Polymarket" kimi onlayn platformalarda mərc etmək üçün gizli hökumət məlumatlarından istifadə etməsi ilə bağlı narahatlıqlara səbəb olub. Xatırladırıq ki, Dövlət Departamentinin əməkdaşları tərəfindən qeyri-rəsmi məlumatlardan maliyyə qazancı əldə etmək məqsədilə lazımsız istifadə yolverilməzdir və çox ciddi qanun pozuntusudur", - deyə nəşrdə yayılan materialda bildirilib.
Qeyd olunur ki, ABŞ-li bir hərbi qulluqçu ölkəsinin Venesuelaya müdaxiləsi və sözügedən dövlətin lideri Nikolas Maduronun ələ keçirilməsi barədə bukmeyker kontorlarına pul qoyuluşu edib. Hərbçi məhkəmədə günahını etiraf etməyib. Həmin hadisədən sonra bütün dünyadakı ABŞ diplomatlarına məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğu barədə məlumat göndərilib.
Daha əvvəl "Axios" portalı xəbər vermişdi ki, ABŞ-li konqresmenlər ictimai-siyasi əhəmiyyətli hadisələrin, o cümlədən seçkinin nəticəsinə, hökumət qərarlarına, hərbi əməliyyatlara və idman tədbirlərinə mərc qoyuluşunu qadağan etmək istəyirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropa İttifaqı və ABŞ arasında ticarət danışıqları dalana dirəndi
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında aparılan ticarət razılaşması üzrə müzakirələr dalana dirənib. Avropa hökumətlərinin nümayəndələri və parlamentarilər hər hansı bir ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər.
DünyaABŞ məhkəməsi Epşteynin ölümündən əvvəl yazdığı məktubu dərc edib: "Əyləncəli deyil - buna dəyməz" - FOTO
ABŞ məhkəməsi maliyyəçi Ceffri Epşteyn tərəfindən yazıldığı iddia edilən ölümdən əvvəlki məktubu dərc edib.
DünyaYeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan etdi
Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan edib.
DünyaTramp ABŞ-nin yeni antiterror strategiyasını təsdiqləyib
ABŞ dövlət başçısı Donald Tramp hökumətin başlıca hədəfi kimi narkotik kartellərinin sıradan çıxarılmasını nəzərdə tutan yeni antiterror strategiyasına razılıq verib.