
ABŞ məhkəməsi Epşteynin ölümündən əvvəl yazdığı məktubu dərc edib: "Əyləncəli deyil - buna dəyməz" - FOTO
ABŞ məhkəməsi maliyyəçi Ceffri Epşteyn tərəfindən yazıldığı iddia edilən ölümdən əvvəlki məktubu dərc edib.
ABŞ məhkəməsi maliyyəçi Ceffri Epşteyn tərəfindən yazıldığı iddia edilən ölümdən əvvəlki məktubu dərc edib.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri məlumat verib.
Məktub Epşteynin kamera yoldaşı, dörd nəfərin qətlində ittiham olunan keçmiş polis əməkdaşı Nikolas Tartalyonenin sənədlərinin içində olub. Onun sözlərinə görə, Epşteyn intihar cəhdindən sonra kamerasından çıxarıldıqda məktubu öz vəkillərinə verib.
Məktub aylarla davam edən nəticəsiz istintaqla bağlı şikayətlə başlayır. Daha sonra "vidalaşmaq üçün vaxt seçmək" imkanı ilə bağlı sözlər yazılıb. Mətn "Əyləncəli deyil - buna dəyməz" ifadəsi ilə bitir.
Məqalədə qeyd olunur ki, nəşr məhkəməyə məxfiliyin ləğvi üçün vəsatət təqdim edənə qədər qeyd uzun müddət dərc olunmayıb. Yalnız bundan sonra Nyu-York ştatındakı Uayt-Pleyns federal dairə məhkəməsi məktubun dərc olunması ilə bağlı qərar verib.
NYT vurğulayır ki, məktubun həqiqiliyi barədə hələlik heç bir təsdiq yoxdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistan Araz çayı ilə bağlı yeni layihə hazırlayır
Ermənistan rəhbərliyi iki ölkə arasında sərhəd rolunu oynayan Araz çayından qum çıxarılmasının yeni qaydalarını müəyyən edən xüsusi layihə üzərində işləyəcək.
DünyaSəudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib
Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.
DünyaTramp "Azadlıq layihəsi" əməliyyatını niyə dayandırıb?
Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.
DünyaAvropa İttifaqı və ABŞ arasında ticarət danışıqları dalana dirəndi
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında aparılan ticarət razılaşması üzrə müzakirələr dalana dirənib. Avropa hökumətlərinin nümayəndələri və parlamentarilər hər hansı bir ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər.