
ABŞ-də taksi sürən həkimdən ŞOK ƏMƏL - Xəstənin dalağının əvəzinə qaraciyərini kəsdi - FOTO
ABŞ-nin Florida ştatında taksi sürücüsü kimi əlavə qazanc əldə edən 44 yaşlı həkim Tomas Şaknovski öz avtomobilində iki sərnişini daşıyarkən polis tərəfindən saxlanılıb.
ABŞ-nin Florida ştatında taksi sürücüsü kimi əlavə qazanc əldə edən 44 yaşlı həkim Tomas Şaknovski öz avtomobilində iki sərnişini daşıyarkən polis tərəfindən saxlanılıb.
Gundem.today bu barədə "Daily Mail" nəşrinə istinadən məlumat verib. Bildirilib ki, tibb işçisinə qarşı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Buna səbəb onun pasiyenti olan Vilyam Brayanın cərrahi müdaxilə zamanı həyatını itirməsidir. Cərrah 70 yaşlı xəstənin dalağının əvəzinə səhvən onun qaraciyərini kəsib götürüb.
Əməliyyatın gedişatında otaqdakı digər tibb işçiləri cərrahın kifayət qədər peşəkar bacarıqlara malik olmadığını müşahidə ediblər. Xəstədə güclü qanaxma başladıqda belə həkim qankəsici sıxac və ya koaqulyator tələb etməyib, orqanın çıxarılması prosesini davam etdirib. Şaknovski dalağı çıxardığını bildirdikdə əməliyyat blokunun əməkdaşları böyük sarsıntı keçiriblər. Hətta işçilərdən birinin ürəyi bulanaraq qusub. Sonradan aparılan məhkəmə-tibbi ekspertiza həkimin anevrizma partlaması ilə bağlı irəli sürdüyü fərziyyəni tamamilə təkzib edib. Pasiyentin vəfatından bir ay sonra Florida ştatının baş cərrahının qərarı ilə Tomas Şaknovskinin tibbi lisenziyası ləğv edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada fövqəladə iclas keçiriləcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
DünyaMalidə matəm elan edildi
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
DünyaTramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.
DünyaPolşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.