
"Neftçi"də şok qərar: Abubakar gedir?
"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.
"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.
Gundem.today "Apasport"a istinadla xəbər verir ki, klub yayda ulduz hücumçu ilə yollarını ayıracaq.
Kamerunlu forvardın müqaviləsində yer alan "əlavə 1 il" bəndi aktivləşdirilməyəcək.
Buna əsas səbəb Abubakarın gözləntiləri doğrultmaması olub. Forvardın bitmək bilməyən zədə problemi də rəhbərliyin onunla bağlı arzularını puç edib.
O, baş məşqçi Yuri Vernidubun da növbəti mövsüm üçün planlarında yer almayıb. Ukraynalı mütəxəssis hücumun sivri ucunda daha sürətli, dinamik oyunçu axtarışındadır.
Həmçinin futbolçunun məvacibinin yüksək olması da "Neftçi"ni Abubakarla yolları ayırmağa sövq edib.
Hücumçunun adı dünən "Qarabağ"la keçirilən matçın (1:5) iştirak ərizəsinə də salınmayıb.
Qeyd edək ki, Vensan "ağ-qaralar"ın heyətinə mövsümün əvvəlində qoşulub. O, "Neftçi"də keçirdiyi 18 oyunda doqquz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?
Türkiyə millisinin təcrübəli futbolçusu Hakan Çalhanoğlu İtaliya A seriyasında mövsümü erkən başa vurub.
İdman"Real Madrid" Mbappeni "itirdi" - RƏSMİ AÇIQLAMA
"Real Madrid" klubu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb.
İdman"Prezident Kuboku 2026" beynəlxalq reqatası ilk dəfə Sərsəng su anbarında keçirilir - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
İdman"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafat
İstanbul derbisində "Fənərbağça"nı darmadağın edən (3:0) "Qalatasaray" klubuna 5 milyon avro mükafat veriləcək.