
ABŞ Hörmüz boğazında qalan gəmiləri çıxarmağa başlayacaq
ABŞ mayın 4-də Hörmüz boğazında qalan gəmilərin çıxarılması üçün əməliyyata başlayacaq.
ABŞ mayın 4-də Hörmüz boğazında qalan gəmilərin çıxarılması üçün əməliyyata başlayacaq.
Gundem.today xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
Onun sözlərinə görə, əməliyyat "Project Freedom" ("Azadlıq layihəsi") adlandırılıb və hərbi münaqişə səbəbindən boğazda ilişib qalan ticarət gəmilərinin təhlükəsiz çıxarılmasını nəzərdə tutur.
"Mən nümayəndələrimə tapşırdım ki, bütün səyləri göstərərək bu gəmilərin və ekipajların təhlükəsiz şəkildə boğazdan çıxarılmasını təmin etsinlər".
Tramp qeyd edib ki, bir çox ölkə Hörmüz boğazında bloklanmış gəmilərlə bağlı narahatlığını ifadə edib. O əlavə edib ki, bəzi ölkələr region təhlükəsiz olmayınca gəmilərini geri qaytarmaq niyyətində deyil.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyat Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhər başlayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFinlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar
Finlandiya Prezidenti Aleksandr Stubb dövlət başçısının azadlığının məhdudlaşdırılması ilə bağlı etdiyi zarafata görə qeyri-adi vəziyyətə düşüb.
DünyaTuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilib
Rusiyann Tuapse şəhərində qadın könüllülərə sahil zolağında neft məhsullarının təmizlənməsi ilə məşğul olmağa icazə verilməyib.
DünyaDəb, futbol, tarix bir yerdə: Əyləncə və zəngin həyatın paytaxtından REPORTAJ - FOTO
Milan həyatdan zövq almağı və əylənməyi sevən emosional insanların şəhəridir. Bu şəhərdə demək olar ki, ilboyu festivallar keçirilir və bayramlar qeyd olunur. Ambrosian karnavalı, Milan Yay Festivalı, Milan Moda Həftəsi, Magi Krallarının Milad yürüşü, Milan Mebel Sərgisi kimi tədbirlər turistlərin şəhərə axınını stimullaşdırır. Bu ilin fevralında keçirilən Qış Olimpiadası isə bu şəhərə turistlərin diqqətini daha çox yönəldib.
DünyaABŞ-nin dövlət katibi toyda DJ-lik edib - VİDEO
ABŞ-nin dövlət katibi Marko Rubio ailə toyunda DJ qismində çıxış edib.