
İsveç saxta bayraq altında üzən gəmini saxladı
İsveç sahil mühafizəsi "Jin Hui" adlı tankeri saxlayıb.
İsveç sahil mühafizəsi "Jin Hui" adlı tankeri saxlayıb.
Gundem.today "Fokus" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin açıqlama yayıb.
Onun sözlərinə görə, gəmi böyük ehtimalla saxta bayraq altında fəaliyyət göstərib və Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiya siyahılarına daxil edilib.
Nazir bildirib ki, gəminin texniki vəziyyəti və sığortasının olmaması ilə bağlı da suallar var.
Tankerin saxlanılması İsveçin ərazi sularında, onun Baltik dənizinə doğru hərəkəti zamanı baş verib.
Hazırda gəmi Trelleborq limanında lövbər salıb və araşdırmalar davam edir. Sahil mühafizəsi şübhəli gəminin təyinat məntəqəsinin də qeyri-müəyyən olduğunu qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb.
DünyaKİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblər
NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub.
DünyaFinlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar
Finlandiya Prezidenti Aleksandr Stubb dövlət başçısının azadlığının məhdudlaşdırılması ilə bağlı etdiyi zarafata görə qeyri-adi vəziyyətə düşüb.
DünyaTuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilib
Rusiyann Tuapse şəhərində qadın könüllülərə sahil zolağında neft məhsullarının təmizlənməsi ilə məşğul olmağa icazə verilməyib.