Son dəqiqə
KİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblərFinlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılarTuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilibDəb, futbol, tarix bir yerdə: Əyləncə və zəngin həyatın paytaxtından REPORTAJ - FOTOFitso Ukrayna üçün növbəti kreditlərdə iştirakdan imtina edibABŞ-nin dövlət katibi toyda DJ-lik edib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Dəb, futbol, tarix bir yerdə: Əyləncə və zəngin həyatın paytaxtından REPORTAJ - FOTO
Dəb, futbol, tarix bir yerdə: Əyləncə və zəngin həyatın paytaxtından REPORTAJ - FOTO
Dünya

Dəb, futbol, tarix bir yerdə: Əyləncə və zəngin həyatın paytaxtından REPORTAJ - FOTO

Bu gün
03:00
0 baxış
Paylaş:

Milan həyatdan zövq almağı və əylənməyi sevən emosional insanların şəhəridir. Bu şəhərdə demək olar ki, ilboyu festivallar keçirilir və bayramlar qeyd olunur. Ambrosian karnavalı, Milan Yay Festivalı, Milan Moda Həftəsi, Magi Krallarının Milad yürüşü, Milan Mebel Sərgisi kimi tədbirlər turistlərin şəhərə axınını stimullaşdırır. Bu ilin fevralında keçirilən Qış Olimpiadası isə bu şəhərə turistlərin diqqətini daha çox yönəldib.

Milan həyatdan zövq almağı və əylənməyi sevən emosional insanların şəhəridir. Bu şəhərdə demək olar ki, ilboyu festivallar keçirilir və bayramlar qeyd olunur. Ambrosian karnavalı, Milan Yay Festivalı, Milan Moda Həftəsi, Magi Krallarının Milad yürüşü, Milan Mebel Sərgisi kimi tədbirlər turistlərin şəhərə axınını stimullaşdırır. Bu ilin fevralında keçirilən Qış Olimpiadası isə bu şəhərə turistlərin diqqətini daha çox yönəldib.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin "Bələdçi" rubrikasından Milan şəhərindən olan reportajı təqdim edir:

Yerli mənzərələr və görməli yerlər isə bu ajiotajı doğruldur. Burada dünyanın ən böyük qotik kafedralı olan əfsanəvi "Duomo di Milano", "La Skala" Opera Teatrı və "Galleria Vittorio Emanuele II"nin heyrətamiz mozaikaları və şüşə tağları, "Pinacoteca di Brera" kimi muzeylər və incəsənət qalereyaları yerləşir.

2021-ci ildə "Şəhərdə yalnız gülümsəmək" haqqında qanun qəbul edilib. Hazırda bu qanunu pozmağa görə cərimə tələb olunmasa da, yerlilər gülərüz insanları xoşlayırlar.

İkinci Dünya müharibəsində ciddi ziyan görüb

Milan həmişə Lombardiya regionunun ən vacib şəhərlərindən biri olub. Qərbi Roma imperiyasının və Lombardiya-Venesiya krallığının paytaxtı kimi məşhurdur. Hər dövr şəhərdə kilsələr, evlər və bütöv məhəllələr şəklində iz buraxıb.

İkinci Dünya müharibəsi zamanı şəhərə ciddi ziyan dəyib. Milan bombalanıb və atəşə tutulub, özünəməxsus memarlıq irsini itirib. Müharibədən sonra şəhər tədricən varlı şimalın mərkəzinə çevrilərək İtaliyanın ikinci ən böyük şəhərinə və ölkənin maliyyə və iqtisadi paytaxtına çevrilib. Bu gün Milan Avropanın əsas sənaye, maliyyə və iqtisadi mərkəzi olaraq tanınır.

Leonardo da Vinçinin özü tərəfindən dizayn edilmiş kanallar, moda nümayişləri, futbol azarkeşlərinin paradları, aparıcı moda evlərinin parlaq butikləri və canlı bit bazarları, Leonardonun "Son Şam yeməyi" kimi tarixi yerləri - bunların hamısı Milandır. İtaliya Fond Birjası da burada yerləşir. Milana səfər edən turistlərə "Dəb, opera və futbol dünyasına xoş gəldiniz" deyilir. Zəngin insanlar yaşamaq üçün bu şəhəri seçirlər. Milandan bir saatlıq məsafədə yerləşən Komo gölü ətrafındakı eyni adlı şəhər məşhurların istirahət və yaşayış yeri kimi tanınır.

Tikintisi 600 ilə başa gələn Duomo

Milan təhlükəsiz şəhər hesab olunur. Amma səyahətçilərə xüsusən də ictimai nəqliyyatda, hava limanlarında və qatar stansiyalarında cibgirlərdən ehtiyatlı olmaları tövsiyə edilir.

Milanın cazibədar tərəfini kəşf etmək, moda, futbol, alış-veriş və ya yaradıcı tərəfini araşdıra bilmək üçün şəhərlə yaxından tanış olmaq lazımdır. Əlbəttə, ilk tövsiyə olunan yer Duomo olur. Bu, şəhərin əsas kafedralı və inanılmaz dərəcədə gözəl qotik memarlıq abidəsidir. Duomo şəhərin simvoludur. Tikintisi 600 ilə başa gəlib. Üzərində 135 qüllə, 3 000-dən çox heykəl var, 40 min ziyarətçi eyni vaxtda toplaşa bilir. Tarixi əhəmiyyətindən əlavə, Duomo möminlər üçün də vacib bir yerdir: Müqəddəs Xaç Mili burada xüsusi bir yuvada saxlanılır. İldə bir dəfə Milan yepiskopu onu oradan çıxarır və kilsə üzvlərinə göstərir.

Dünya opera ifaçıları üçün məbəd sayılan məkan

Duomo ilə yaxın məsafədə dünyanın məşhur opera teatrı - "La Skala" yerləşir. Milandakı bu ikonik məkan dünyaca məşhurdur. Memarlıq baxımından xüsusilə diqqətəlayiq olmasa da, ən vacib şeylər içəridə baş verir: "La Skala" teatr Məkkəsidir. Opera binası 1778-ci ildə tikilib. Dünya opera ifaçıları üçün məbəd sayılır. Teatrın 2 000 tamaşaçı tutumu var. Burada E.Karuzo, M.Kallas, F.Şalyapin, L.Sobinov, M.Maqomayev kimi opera ulduzları çıxış ediblər. Yeri gəlmişkən, böyük Kallasın adı teatrın divarlarında əbədiləşdirilib, səhnədəki məşhur akustik nöqtə sayəsində dünyaca məşhur müğənninin səsi bütün auditoriyada eşidilib. Teatrın solunda "La Skala"nın populyarlığına böyük məsuliyyət daşıyan Culio Rikordinin abidəsi ucalır. Hələ XIX əsrdə o, operanı dünya miqyasında populyarlaşdırıb və janrın pərəstişkarlarının zehnində aydın bir əlaqə yaradıb: opera = "La Skala".

Bütün tarixi ərzində "La Skala" teatr mövsümünü yalnız iki dəfə ləğv edib. Bir dəfə İkinci Dünya müharibəsi zamanı, teatr bombardman nəticəsində dağıdılanda (və hətta o zaman da tamaşalar başqa binaya köçürülüb). İkinci dəfə isə COVID-19 pandemiyası zamanı.

Dünyanın moda paytaxtı

Sözsüz ki, Milan italyan modasının beşiyidir. Alış-veriş edənlər üçün əsl cənnətdir. Şəhərdə qlobal brendlərin və moda evlərinin butikləri var və hər kəs zövqünə və büdcəsinə uyğun bir şey tapır.

Milan həm də italyan mətbəxinin qastronomik mərkəzidir. Burada orijinal ənənəvi yeməkləri dada bilərsiniz. Yeri gəlmişkən, Milan etnik mətbəx müəssisələrinin sayına görə İtaliyanın rekord qıran şəhərlərindən biridir.

Avropanın ən tarixi stadionlarından biri

Futbola olan sevgi bu şəhərdə ayrıca zövqdür. Futbol həvəskarları bura gələndə "Milan" və "İnter" klublarının evi olan "San Siro" stadionunu görməyə tələsirlər. Bu il stadionun 100 illiyidir. Azarkeş tutumu təxminən 75 000 olan stadion Avropanın ən böyük və ən tarixi arenalarından bi

#Dünya#İtaliya#Milan

Oxşar Xəbərlər

KİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblərDünya

KİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblər

NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub.

Bu gün
04:160
Finlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılarDünya

Finlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar

Finlandiya Prezidenti Aleksandr Stubb dövlət başçısının azadlığının məhdudlaşdırılması ilə bağlı etdiyi zarafata görə qeyri-adi vəziyyətə düşüb.

Bu gün
03:480
Tuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilibDünya

Tuapsedə qadın könüllülərə çimərliklərdə mazut təmizləmək qadağan edilib

Rusiyann Tuapse şəhərində qadın könüllülərə sahil zolağında neft məhsullarının təmizlənməsi ilə məşğul olmağa icazə verilməyib.

Bu gün
03:200
ABŞ-nin dövlət katibi toyda DJ-lik edib - VİDEODünya

ABŞ-nin dövlət katibi toyda DJ-lik edib - VİDEO

ABŞ-nin dövlət katibi Marko Rubio ailə toyunda DJ qismində çıxış edib.

Bu gün
02:360