
ABŞ Hörmüz boğazının TAM BLOKLANDIĞINI bəyan etdi - FOTO
"ABŞ İran limanlarının blokadasını tam şəkildə həyata keçirib və İslam Respublikasının iqtisadiyyatının təxminən 90%-ni təşkil edən beynəlxalq dəniz ticarəti tamamilə dayandırılıb".
"ABŞ İran limanlarının blokadasını tam şəkildə həyata keçirib və İslam Respublikasının iqtisadiyyatının təxminən 90%-ni təşkil edən beynəlxalq dəniz ticarəti tamamilə dayandırılıb".
Gundem.today xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
"İran limanlarının blokadası tam icra edilib. ABŞ qoşunları İranla və İrandan həyata keçirilən dəniz ticarətinin qarşısını tam olaraq alıb", - deyə CENTCOM-un rəhbəri Bred Kuper bildirib.
Komandanlığın məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib. Qeyd olunub ki, altı ticarət gəmisinə Oman körfəzindəki İran limanına qayıtmaq əmri verilib.
Öz növbəsində "Windward" dəniz kəşfiyyatı şirkətinin məlumatlarına istinad edən CNBC portalı vurğulayır ki, ABŞ blokadasının qüvvəyə mindiyi ilk gün ən azı iki gəmi Hörmüz boğazından keçib. Analitiklərin sözlərinə görə, onlardan biri Çin şirkətinə məxsus olan və ABŞ sanksiyaları altında fəaliyyət göstərən "Rich Starry" tankeridir.
"MarineTraffic" xidmətinin məlumatına əsasən, həmin gəmi hazırda Omanın Xəsəb şəhərindən şərqdədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.