
İranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olundu
İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.
İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.
Gundem.today məlumat verir ki, bu barədə vilayət rəhbərinin müavini Xosrov Sameri "Fars" informasiya agentliyinə bildirib.
"Qum vilayətinin Tac Xatun kəndi yaxınlığında olan və sonuncu düşmən hücumundan xəsarət alan yeddi aşırımlı dəmiryol körpüsü təmir olunaraq 40 saatdan az bir müddətdə istismara qaytarıldı", - deyə vilayət rəhbəri vurğulayıb.
Qeyd edək ki, aprelin 7-də ABŞ və İsrail qüvvələrinin hava zərbələri nəticəsində İranın bir neçə mülki infrastrukturu, o cümlədən üç dəmiryol və bir avtomobil körpüsü, həmçinin bir dəmiryol xətti zədələnmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib".
DünyaTramp: "Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq"
ABŞ Prezidenti Donald Tramp sərbəst gəmiçiliyin təmin edilməsi üçün ölkəsinin Hörmüz boğazını minalardan təmizləməyə başladığını bəyan edib.
DünyaABŞ Livan-İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verib
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.
DünyaRusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladı
Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.