Son dəqiqə
ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıbQətər İrandan təzminat tələb edirÇində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEOSaxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTOKanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? - VİDEOİntensiv yağışlar zamanı zərər görənlərə sığorta üzrə nə qədər PUL ÖDƏNİLƏCƏK?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir
ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir
Dünya

ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir

Bu gün
16:00
1 baxış
Paylaş:

ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.

ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.

Gundem.today xəbər verir ki, bu barədə çərşənbə günü BBC məlumat yayıb.

Bildirilir ki, İsrail rəsmisinin sözlərinə görə, səhər saatlarında ölkəsi İrana zərbələr endirib. İsrailin özündə də çoxsaylı partlayış səsləri eşidilib. Bəhreyndə həyəcan siqnalı işə düşüb və vətəndaşlara sığınacaqlara getmələri tövsiyə edilib.

Həmçinin ABŞ-nin İranla atəşkəs elan etməsindən bir neçə saat sonra Manamada partlayışlar baş verib. Krallığın Daxili İşlər Nazirliyindən bildirilib ki, mülki müdafiə qüvvələri İranın zərbəsindən sonra obyektdə başlayan yanğını söndürürlər. Qurum zərərçəkənlər barədə məlumat verməyib.

Qətərin Müdafiə Nazirliyi isə ölkə istiqamətində atılan İran raketlərinin havada zərərsizləşdirildiyini bəyan edib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi öz bəyanatında ölkənin hazırda İrandan gələn raket zərbələri və yaxınlaşan pilotsuz uçuş aparatları ilə üzləşdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi son bir neçə saat ərzində hücum təhlükəsi ilə bağlı ən azı iki xəbərdarlıq yayımlayıb. Lakin sonradan vəziyyətin tam təhlükəsiz olduğu elan edilib.

"Mehr" agentliyinin verdiyi məlumata görə, ABŞ ilə atəşkəs elan olunduqdan sonra İranın Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış qeydə alınıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

8 aprel 2026-cı il tarixində Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#yaxın_şərq#atəşkəs#iran#abş#israil#bəhreyn#qətər#bəə#səudiyyə_ərəbistanı#partlayış#raket_zərbələri#dron_hücumu#hərbi_münaqişə

Oxşar Xəbərlər

ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıbDünya

ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıb

ABŞ-nin məhkəmə tarixində ilk dəfə olaraq bir vətəndaş süni intellekt (Sİ) vasitəsilə həqiqi insanların intim fotolarını hazırladığı üçün qanun qarşısında cavab verib.

Bu gün
18:060
Qətər İrandan təzminat tələb edirDünya

Qətər İrandan təzminat tələb edir

"İran hücumlarının vurduğu ziyanı ödəməlidir".

Bu gün
17:500
Çində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEODünya

Çində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEO

Çində alovlu rəqs nümayiş etdirən qadın qəfildən yanmağa başlayıb.

Bu gün
17:520
SEPAH: "ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq" - VİDEODünya

SEPAH: "ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq" - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ-İsrail hədəflərinə qarşı 100-cü mümkün hücum dalğası barədə bəyanat verib.

Bu gün
17:300