
İntensiv yağışlar zamanı zərər görənlərə sığorta üzrə nə qədər PUL ÖDƏNİLƏCƏK?
Aprelin 4-6-sı ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.
Aprelin 4-6-sı ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı son məlumatlara görə, 4-6 aprel tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı beş qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 417-si "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 75-i "Kasko" ("Avtonəqliyyat vasitələrinin sığortası") sığorta növü, 103-ü "Daşınmaz əmlakın icbari sığortası" növü, 25-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat həcmində müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71%-i Bakıda, 29%-i isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGəncə Beynəlxalq Xəstəxanasının sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb.
İqtisadiyyatAzərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO
Serbiyanın mədən və energetika naziri ilə görüşdə enerji, yaşıl texnologiyalar, sənaye və digər prioritet sahələrdə əməkdaşlığın inkişafı, SOCAR-la birgə layihələr müzakirə olunub.
İqtisadiyyatAzərbaycandan Serbiyaya qaz satışına dair müqavilənin MÜDDƏTİ UZADILDI - FOTO
Bakıda Azərbaycan və Serbiya rəsmiləri arasında keçirilən görüşdə qaz təchizatı, yaşıl enerji və strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyatİki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək
"Astara" və "Biləsuvar" dövlət sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi, həmçinin binalarda cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.