
ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi barədə məlumata görə 10 milyon dollar mükafat təklif edib
ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi Əhməd əl-Həmidavi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.
ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi Əhməd əl-Həmidavi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.
Gundem.today "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat verib.
"Günahsız mülki şəxslər öldürülüb, ABŞ vətəndaşları oğurlanıb və müxtəlif obyektlərə hücumlar edilib. Bu əsasda əl-Həmidavi barədə məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edirik", - deyə bəyanatda qeyd olunub.
"Kataib Hezbollah" 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılmış şiə silahlı qruplaşmasıdır. Təşkilat fəaliyyətində Livanın "Hizbullah" hərəkatının modelindən istifadə edir və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsi ilə əlaqələndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.