
ABŞ-li qadın boksçu nokautdan sonra komaya düşdü - VİDEO
ABŞ-li qadın boksçu Aysis Sio həmyerlisi Coslin Kamariylo ilə döyüşdə nokauta düşdükdən sonra xəstəxanaya yerləşdirilib və süni koma vəziyyətindədir.
ABŞ-li qadın boksçu Aysis Sio həmyerlisi Coslin Kamariylo ilə döyüşdə nokauta düşdükdən sonra xəstəxanaya yerləşdirilib və süni koma vəziyyətindədir.
Gundem.today xəbər verir ki, bu barədə "ProBox TV" məlumat yayıb.
"Sionun tezliklə sağalması üçün dua edirik. O, hazırda süni komadadır", - deyə döyüşün təşkilatçıları məlumat veriblər.
Məlumata görə, döyüş martın 21-də Kaliforniyada baş tutub. Birinci raundun 78-ci saniyəsində 19 yaşlı Sio rəqibinin davamlı zərbələrindən sonra yıxılıb, daha sonra isə xəstəxanaya aparılıb.
Sio yüngül çəki dərəcəsində (49 kq-a qədər) yarışır. O, peşəkar rinqdə bir qələbəyə sevinib və üç məğlubiyyətlə üzləşib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi oldu
Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub.
İdman"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO
Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub.
İdmanİtaliya futbolunda VAR qalmaqalı: Prokurorluq araşdırmaya başladı
İtaliya prokurorluğu Canluka Rokkinin VAR hakimlərinə təzyiq göstərməsi və mümkün idman saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.
İdman"Arsenal" - "Nyukasl Yunayted" oyununda bir qol vuruldu - VİDEO
İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal" evdə "Nyukasl Yunayted" üzərində 1:0 hesablı qələbə qazanıb.