
ABŞ-lilər Ayda "yanğın törətməyi" planlaşdırırlar
NASA Yer kürəsinin təbii peyki olan Ayda yanğın təcrübəsi keçirməyi planlaşdırır. "FM2" ("Flammability of Materials on the Moon" - "Ayda materialların alovlanma qabiliyyəti") adlandırılan missiyanın 2026-cı ilin sonlarına doğru həyata keçirilməsi nəzərdə tutulur.
NASA Yer kürəsinin təbii peyki olan Ayda yanğın təcrübəsi keçirməyi planlaşdırır. "FM2" ("Flammability of Materials on the Moon" - "Ayda materialların alovlanma qabiliyyəti") adlandırılan missiyanın 2026-cı ilin sonlarına doğru həyata keçirilməsi nəzərdə tutulur.
Gundem.today "AİF.ru"ya istinadən xəbər verir ki, sınağın əsas məqsədi sadəcə alovlandırma deyil, Yer kürəsinin cazibə qüvvəsinin altıda birinə bərabər olan Ay şəraitində yanğın fizikasını öyrənməkdir. NASA mütəxəssisləri bildirirlər ki, bu tədqiqatdan əldə ediləcək məlumatlar gələcəkdə Ayda yaradılacaq bazalarda yanğın təhlükəsizliyini təmin etmək üçün olduqca vacibdir.
Yer üzündə yanğının davranışı proqnozlaşdırıla biləndir, çünki o, cazibə qüvvəsinə tabedir. Alov ətrafındakı havanı qızdırır, isti hava yuxarıya doğru qalxır, onun yerinə isə aşağıdan təmiz hava çəkilir. Bəzən bu yuxarı qalxan axın o qədər güclü olur ki, alovu fitildən ayıraraq sönməsinə səbəb olur.
Lakin Ayda cazibə qüvvəsi Yer kürəsindən altı dəfə zəifdir. Bu şəraitdə alovun davranışı Yer kürəsindəkindən tamamilə fərqli olacaq ki, bu da daha ciddi təhlükə yarada bilər.
Təcrübə Ayın açıq səthində deyil, qapalı məkanda (stansiya daxilində) aparılacaq. Çünki Ayda atmosfer olmadığı üçün açıq səthdə yanğın baş verməsi qeyri-mümkündür. Mütəxəssislər ehtiyat edirlər ki, Ay şəraitində alovu söndürə biləcək güclü hava axını olmayacaq. Bunun əvəzinə, yanğını daim oksigenlə təmin edən zəif hava axını qalacaq. Bu isə "Zolotaya voloska" (Zlatovlaski) zonası yaradır - yəni Yer kürəsində yanmayan və ya öz-özünə sönən materialların Ayda dəqiqələrlə yanması üçün ideal balans formalaşır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin miqrasiya siyasəti "Şrek" cizgi filmi ilə sintez edildi - MARAQLI VİDEO
Ağ Ev "Şrek" cizgi filmindən bir parçadan və "Smash Mouth" qrupunun "All Star" mahnısından istifadə edərək ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işinə dair videoçarx hazırlayıb.
DünyaTexnologiya dünyada zənginlərin sayını kəskin artırır
Yaxın beş il ərzində qlobal miqyasda milyarderlərin sayının 25% artaraq, hazırkı 3 110 nəfərdən 3 915-ə çatacağı proqnozlaşdırılır.
Dünyaİnsanları müalicə edən itlər özləri nə hiss edir?
İnsanlar çox vaxt itlərlə vaxt keçirməkdən hüzur tapırlar. Bəs bu dördayaqlı dostlarımız terapevt rolunda çıxış edərkən və insanlara dəstək olarkən həzz alırlarmı? Niderlandlı tədqiqatçılar məhz bu suala cavab tapmaq qərarına gəliblər.
DünyaFransada kriptovalyuta sahiblərinə 90-cı illərin filmlərindəki kimi işgəncə verilir
İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.