
Şamil Hüseynov: "Ağdamda İş-güc qurub, xoşbəxt yaşayacağıq"
"Bütün evindən, obasından didərgin salınmış insanlar kimi, müvəqqəti məcburi köçkün həyatı yaşadıq".
"Bütün evindən, obasından didərgin salınmış insanlar kimi, müvəqqəti məcburi köçkün həyatı yaşadıq".
Bu sözləri Gundem.today-a açıqlamasında Bakıdan Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Şamil Hüseynov deyib.
O bildirib ki, ən böyük arzusu Ağdama qayıtmaq olub:
"Şükür ki, doğma yurdumuza qayıdırıq. Olduqca xoşbəxtəm, sevincliyəm. Həmişə arzulamışam ki, Ağdama qayıdım. Arzumuzu reallaşdırdığı üçün Ordumuza, şəhidlərimizə minnətdarıq. Ağdamdan dörd nəfər çıxmışdıq. Oğlum hazırda Ağdamda yaşayır. Biz də onun yanına köçürük. İş-güc qurub, xoşbəxt yaşayacağıq".
Ş.Hüseynov ölkə başçısına da minnətdarlığını bildirib:
"Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 110 ailə (397 nəfər) öz doğma yurduna köçürülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEO
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə edilir - FOTO - 24.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətAğdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna dönür
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.
CəmiyyətAğdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.