
ABŞ NATO-dan narazıdır: "Vaşinqton artıq öz müttəfiqlərinin mövqelərini daha açıq şəkildə anlayır"
"ABŞ-nin NATO ilə əlaqədar gələcək addımlarına dair yekun qərarı Prezident Donald Tramp qəbul edəcək, lakin rəsmi Vaşinqton artıq öz müttəfiqlərinin mövqeyini daha açıq şəkildə anlayır".
"ABŞ-nin NATO ilə əlaqədar gələcək addımlarına dair yekun qərarı Prezident Donald Tramp qəbul edəcək, lakin rəsmi Vaşinqton artıq öz müttəfiqlərinin mövqeyini daha açıq şəkildə anlayır".
Gundem.today TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-nin hərb naziri Pit Heqset keçirdiyi mətbuat konfransında səsləndirib.
ABŞ-nin NATO-nun kollektiv müdafiə prinsipinə sadiq olub-olmaması barədə sualı cavablandıran nazir deyib: "NATO məsələsinə gəlincə, qərarları birbaşa prezident verəcək. Yalnız onu deyə bilərəm ki, bir çox məqamlar artıq aydınlaşıb. Azad dünya naminə böyük səylər göstərdiyimiz halda, bütün dünya müttəfiqlərimizin ABŞ üçün hansı addımları atmağa hazır olduğunu açıq şəkildə gördü".
Heqset qeyd edib ki, ABŞ İranın raket atəşi məsafəsindən kənarda yerləşsə də, ABŞ-nin müttəfiqlərinin və digər dövlətlərin əraziləri bu hədəf zonasına daxildir. "Biz hər hansı əlavə dəstək və ya sadəcə müttəfiq ölkələrin hərbi obyektlərinə daxil olmaq və ya digər ölkələrin ərazisi üzərindən uçuşlar tələb etdiyimiz zaman qarşılığında suallar, maneələr və ya tərəddüdlərlə rastlaşırıq", - deyə o, vəziyyətdən təəssüfləndiyini vurğulayıb.
Pentaqon rəhbərinin qənaətinə görə, zərurət yarandığı təqdirdə müttəfiqlər Vaşinqtona dəstək vermirlərsə, bu, faktiki olaraq hər hansı bir ittifaqın mövcud olmaması deməkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.