Son dəqiqə
İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir"ABŞ pilotları İrandan necə çıxarıldılar?"Bavariya" Noyerin davamçısını tapıb - FOTOİran ABŞ-nin atəşkəs təklifini rədd etdi: Şərtlər irəli sürdüAzərbaycanda vahid büdcə təsnifatı yenilənib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİA
ABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİA
Dünya

ABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİA

Bu gün
17:56
0 baxış
Paylaş:

"ABŞ-nin İranda qəzaya uğramış "F-15E" qırıcısının heyətini xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat əslində İsfahanda yerləşən obyektdən zənginləşdirilmiş uranın oğurlanması məqsədini daşıya bilərdi".

"ABŞ-nin İranda qəzaya uğramış "F-15E" qırıcısının heyətini xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat əslində İsfahanda yerləşən obyektdən zənginləşdirilmiş uranın oğurlanması məqsədini daşıya bilərdi".

Gundem.today xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

"Birləşmiş Ştatların ölkəmizin hava sərhədlərini pozaraq icra etdiyi əməliyyatla əlaqədar bir çox sual və şübhələr hələ də qalmaqdadır. Ehtimallara əsasən, pilot Kohgiluyə və Boyer-Əhməd ostanında gizlənmişdi. Lakin Amerikanın hava gəmisinin eniş etdiyi cənubi İsfahan ərazisi həmin məkandan çox uzaqdadır. Buna görə də həmin gedişin İran uranını mənimsəmək üçün istifadə olunan diqqətyayındırıcı taktika olması istisna edilmir", - deyə İranın dövlət televiziyası XİN rəsminə istinadən məlumat yayıb.

Bir müddət əvvəl isə ABŞ-nin "NBC News" telekanalı məlumat vermişdi ki, vurulmuş "F-15E" təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi cəhdi birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) həyata keçirdiyi dezinformasiya kampaniyasının fonunda baş tutub.

Qeyd edək ki, göyərtəsində iki nəfər olan "F-15E" qırıcısı aprel ayının 3-də İran səmasında hədəfə alınıb. Katapult sisteminin işə düşməsindən sonra pilot və şturman öz aralarında əlaqəni uğurla bərpa edə biliblər. Məlumatlı mənbələrin sözlərinə görə, birinci pilot qəzadan bir neçə saat sonra ərazidən çıxarılıb. Axtarış-xilasetmə tədbirləri əsnasında İran tərəfi əməliyyata cəlb olunmuş Amerikanın "Black Hawk" helikopterlərindən birinə zərbə endirib. Ekipaj üzvlərinin xəsarət almasına baxmayaraq, helikopter ərazidən uzaqlaşa bilib.

İkinci heyət üzvünün naviqator-operatorun aşkarlanması isə bir gündən çox çəkib. Onun xilas edilməsi prosesinə aprelin 4-də start verilib. Bu ərəfədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar bölgədəki İran qüvvələrinin mövqelərinə hücum ediblər. Məqsəd yerli hərbçilərin ABŞ xüsusi təyinatlılarından daha tez hərəkət edərək ikinci heyət üzvünü tapmasının qarşısını almaq olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Xarici_İşlər_Nazirliyi_(XİN)#Hərbi_Hava_Qüvvələri

Oxşar Xəbərlər

ABŞ pilotları İrandan necə çıxarıldılar?Dünya

ABŞ pilotları İrandan necə çıxarıldılar?

Kubra Məhərrəmova yazır...

Bu gün
19:360
İran ABŞ-nin atəşkəs təklifini rədd etdi: Şərtlər irəli sürdüDünya

İran ABŞ-nin atəşkəs təklifini rədd etdi: Şərtlər irəli sürdü

İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını dəstəkləməyəcəyini və hərbi əməliyyatların tamamilə dayandırılmasında israr etdiyini bildirib.

Bu gün
19:140
"Crocus"dakı terror aktına görə ömürlük həbs edilmiş şəxs intihar etdi - FOTODünya

"Crocus"dakı terror aktına görə ömürlük həbs edilmiş şəxs intihar etdi - FOTO

Rusiyadanın paytaxtı Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş şəxs intihar edib.

Bu gün
18:340
ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildiDünya

ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildi

ABŞ Marşallar Xidməti (ABŞ Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanı) iş adamı İlon Maskın təhlükəsizlik xidməti əməkdaşlarına güzəştlər edib, onlara federal agent statusu almaq üçün lazım olan standart hazırlıq və təcrübə tələblərindən yan keçməyə imkan verib.

Bu gün
18:201