
ABŞ pilotları İrandan necə çıxarıldılar?
Kubra Məhərrəmova yazır...
Kubra Məhərrəmova yazır...
ABŞ pilotlarının İrandan təxliyəsi iki gündür dünya mətbuatının və sosial şəbəkələrin əsas mövzusudur.
İran tərəfdarları deyirlər ki, bu, ABŞ-nin növbəti uydurmasıdır. Heç kim İranın hava sərhədini pozub özünü evin yiyəsi kimi apara bilməz.
ABŞ Prezidenti Donald Tramp isə "Truth Social" sosial şəbəkəsində İran üzərində vurulmuş F-15 qırıcısının amerikalı pilotu, zabitin xilas edilməsi əməliyyatının təfərrüatı barədə yazaraq maraqlı detala toxunub: "Biz gündüz vaxtı, İran səmasında yeddi saat keçirməklə pilotu xilas etdik, bu da qeyri-adidir".
Yəni ki, İranın hava məkanına düz yeddi saat ABŞ nəzarət edib.
Qeyd edim ki, İranda ölkə üzrə internet bağlı olduğu üçün ortaya atılan informasiya yalnız rəsmi Tehranın razılıq verdiyi məlumatlardır. Ona görə də məlumatın İran tərəfindən dəqiqləşdirilməsi mümkün deyil. Amma bir anlıq düşünsək ki, pilotlar SEPAH-ın əsirliyindədir, o zaman bu barədə minlərlə video təqdim olunardı, elə rəsmi qaynaqlardan. Bunlar olmadığı üçün, ehtimal edə bilərik ki, ABŞ tərəfi doğru məlumat yayımlayır.
Keçək bu əməliyyatın mahiyyətinə.
Hər iki pilotun sağ-salamat ABŞ-yə çatdırılması, xilasetmə əməliyyatı üçün bu qədər vəsait, risk, xüsusi təyinatlı döyüşçülərin göndərilməsi ilk baxışdan mənasız görünə bilər. Lakin unutmayaq ki, ABŞ-nin bu cür əməliyyatlara getməsi təsadüfi deyil. Bu uzun illər formalaşmış hərbi və ictimai doktrinanın nəticəsidir. Üstəgəl ABŞ üçün imic və nüfuz məsələsidir. Onu da qeyd edim ki, bu qəbildən olan əməliyyat ABŞ üçün ilk deyil. Bu məsələyə qayıdacağam.
Gəlin, mahiyyətə varaq: ABŞ niyə öz pilotlarının əsirliyə düşməsini istəmir?
1955-1975-ci illərdə 20 il davam edən ABŞ Vyetnam müharibəsi dövründə ABŞ hərbçilərinin əsir düşməsi, itkin sayılması və geri döndükdən sonra yaşadıqları psixoloji sarsıntıları həm rəsmi Vaşinqton üçün, həm də Amerika cəmiyyəti üçün olduqca həssas məsələdir.
Əsir düşən amerikalı hərbçilərin böyük hissəsi Şimali Vyetnamın paytaxtı Hanoyda yerləşən məşhur Hoa Lo həbsxanasında saxlanılırdı. ABŞ pilotları bura zarafatla "Hanoi Hilton" deyirdilər. Bu zarafatın arxasında isə dözülməz əsirlik həyatı, fiziki və psixoloji işgəncələr, aclıq, tibbi yardımın olmaması və daimi təzyiq dururdu. Vyetnamlılar ABŞ pilotlarına işgəncə verərək, onlardan tez-tez müharibə əleyhinə bəyanatlar vermələrini tələb edirdilər. Vyetnamda amerikalı əsirlər üçün heç bir beynəlxalq hüquq və müdafiə tanınmırdı. Əsl cəngəllik qanunları hökm sürürdü. Kim güclü idisə, o da sağ qalırdı.
Vyetnam müharibəsi ABŞ cəmiyyəti və hakimiyyəti üçün çox vacib dərs oldu. Nə olursa, olsun, Amerika hərbçisi əsir düşüb, düşmən ərazidə qala bilməz.
1973-cü ildə ABŞ "Operation Homecoming" yəni "Geri Qayıdış" əməliyyatını həyata keçirir. Paris Sülh Sazişindən sonra bir neçə həftə ərzində 591 amerikalı hərbi əsir ABŞ-yə qaytarılır. Onların əksəriyyəti uzun illər (6-8 il) əsirlikdə, işgəncə altında qalan hərbçilər idi. Qayıdanların bir çoxu ölü, ya da itkin sayılırdı.
Əsirlikdən qayıdanların keşməkeşli həyatı bununla da bitmir, yəni "happy end" baş vermir.
Vyetnam əsirliyindən geri dönən ABŞ hərbçilərinin çoxu ağır psixoloji problemlərlə üzləşir. Bu gün "post-travmatik stress pozuntusu" (PTSD) kimi tanınan vəziyyət o dövrdə ciddiyə alınmadığı üçün bir çox veteran cəmiyyətə uyğunlaşa bilmir və əsirlikdə yaşanan travmalar çoxunu intihara gətirir. Bu faktı yada salmağımın səbəbi odur ki, ABŞ cəmiyyəti və hökuməti bu məsələdə çox həssasdır.
İrandan iki Amerika pilotunun təxliyəsindən sonra Doland Trampın "ABŞ ordusu öz tarixində ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından birini həyata keçirib", deməsi heç də şişirdilmiş deyil. Buna oxşar əməliyyat 1999-cu ildə də keçirilib.
1999-cu il martın 27-də Yuqoslaviya üzərində baş verən hadisə müasir hərb tarixdə dönüş nöqtələrindən biri hesab olunur. Həmin gün NATO-nun hava əməliyyatları çərçivəsində ABŞ-yə məxsus, uzun illər "radara görünməz" hesab edilən təyyarə F-117 "Nighthawk", Serbiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulur.
Təyyarənin pilotu, leytenant-polkovnik Deyl Zelko katapult edərək Serbiya qüvvələrinin nəzarət etdiyi zonaya düşür. O, dərhal əlaqə siqnalları göndərsə də, yerini gizli saxlamaq üçün maksimum ehtiyatla hərəkət edir. Məlumata görə, serb qüvvələri onun olduğu əraziyə olduqca yaxınlaşıb və əsir düşməsi an məsələsi olub. Bu nümunədə biz eyniylə İran ərazisinə düşən iki Amerika pilotunun hekayəsini görürük. Paralellər olduqca çoxdur.
Pilotun xilas edilməsi üçün qısa müddət ərzində genişmiqyaslı əməliyyat hazırlanır. Saatlar içində havaya bir neçə tip döyüş və dəstək təyyarələri qaldırılır, helikopterlər bölgəyə yönləndirilir və hava məkanına tam nəzarət təmin olunur. Əməliyyatda A-10 hücum təyyarələri, F-15 və F-16 qırıcıları, radioelektron mübarizə vasitələri və xüsusi təyinatlı xilasetmə helikopterləri iştirak edir.
Təxminən 6-8 saat sonra Zelko təhlükəsiz şəkildə ərazidən çıxarılır. Bu qədər qısa müddətdə və düşmən ərazisinin dərinliyində həyata keçirilən əməliyy
Oxşar Xəbərlər
DünyaKİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər
"İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək".
DünyaTramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"
"Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir".
DünyaTramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim"
"Mən İrana qarşı körpülərin və elektrik stansiyalarının məhv edilməsindən daha ciddi tədbirlərə əl atmaq istəmirəm".
Dünya"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər
"Telegram" dünya miqyasında qeyri-rəsmi proqramlar vasitəsilə platformaya daxil olan istifadəçi hesablarını xüsusi şəkildə işarələməyə qərar verib.