Son dəqiqə
Məşhur aktyor səhhətindəki problemlərə görə karyerasına fasilə verirKİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edirNəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzəBakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEOŞri-Lankada 110 kiloqramdan çox narkotik daşıyan buddist rahiblər ələ keçdilərABŞ Ədliyyə Nazirliyi: "Məxfi Xidmət əməkdaşına kimin atəş açdığı hələ təsdiqlənməyib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO
İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO
Siyasət

İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO

Bu gün
00:36
0 baxış
Paylaş:

"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".

"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".

Gundem.today xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı Çexiya ilə hərbi-sənaye sahəsindəki əməkdaşlığın gələcək perspektivlərinə toxunaraq bildirib:

"Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq".

Prezident iqtisadi əlaqələrin inkişafı istiqamətində görülən işlərdən və Hökumətlərarası Komissiyanın fəaliyyətindən də danışıb:

"Həmçinin bu gün cənab baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Azərbaycan-Çexiya_münasibətləri#Andrey_Babiş#Biznes_Forum#Müdafiə_Sənayesi#İqtisadi_əməkdaşlıq

Oxşar Xəbərlər

ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEOSiyasət

ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO

Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.

Bu gün
01:420
Andrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEOSiyasət

Andrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEO

"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır".

Bu gün
01:200
Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEOSiyasət

Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEO

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri ümumilikdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin nümayişi baxımından əhəmiyyətli olsa da, verilən bəyanatlar içərisində ən çox diqqətçəkən məqam ölkələrin müdafiə sahəsində əməkdaşlığının perspektivi ilə bağlı olub.

Bu gün
01:120
Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEOSiyasət

Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEO

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
00:060