
ABŞ qırıcısı İrana gedən tankeri atəşə tutub
ABŞ Silahlı Qüvvələri Oman körfəzində İranın "Hasna" tankerini atəşə tutublar.
ABŞ Silahlı Qüvvələri Oman körfəzində İranın "Hasna" tankerini atəşə tutublar.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ Silahlı Qüvvələri Oman körfəzində məcburi tədbirlər görərək mayın 6-da İran limanına istiqamət götürməyə çalışan İran bayraqlı tankeri zərərsizləşdirib. "Hasna" tankerinin heyəti çoxsaylı xəbərdarlıqlara tabe olmadıqdan sonra ABŞ Silahlı Qüvvələri "Abraham Lincoln" aviadaşıyıcısından havaya qalxan "F/A-18 Super Hornet" qırıcı-bombardmançısından açılan atəşlə tankerin sükan mexanizmini sıradan çıxarıb. "Hasna" artıq İran istiqamətində hərəkət etmir", - deyə komandanlığın "X" hesabında yayılan məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNikolya Sarkozi həbs cəzasından azad edildi
Fransanın 2007-2012-ci illərdə prezidenti olmuş Nikolya Sarkozi 2012-ci il seçki kampaniyası xərclərinin normadan artıq olması işi üzrə cəzanın icrası çərçivəsində şərti olaraq vaxtından əvvəl azad edilib.
DünyaABŞ hərbçilərini Litva və Polşada yerləşdirir? - Prezidentlərdən AÇIQLAMA
Almaniyadan çıxarılması planlaşdırılan 5 000 ABŞ hərbçisi Litva və Polşa ərazisində yerləşdirilə bilər.
DünyaBlokadaya görə Hörmüz boğazında qalan gəmilərin sayı açıqlanıb
Hörmüz boğazının blokadaya alınmasından bəri ABŞ Silahlı Qüvvələri tərəfindən 52 kommersiya gəmisi saxlanılıb.
DünyaDonald Tramp nümayəndələrini İranla danışıqlara göndərməyəcəyini bəyan edib
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri İranla danışıqlara göndərmək niyyətində olmadığını bəyan edib.