Son dəqiqə
"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaqRusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi: Nə baş verir?"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytarıbHörmüzdə gərginlik pik həddə: Fransanın "dəniz nəhəngi" hərəkətə keçdiCeyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO
Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO
Cəmiyyət

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO

Bu gün
23:00
0 baxış
Paylaş:

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Gundem.today xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib.

O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığı yaxınlığında, məscid ətrafında aşkarlanıb.

"Uşağın anası rəsmi şəkildə, notarial qaydada övladından imtina etdiyini bildirib. Azyaşlı artıq bütün tibbi müayinələrdən keçirilib, onun doğum haqqında şəhadətnaməsi var", - deyə K.Ağazadə qeyd edib.

Birliyin sədri həmçinin uşağın anasının erkən evliliyin qurbanı olduğunu və ağır sosial vəziyyətdə yaşadığını vurğulayıb: "Ananın hələ 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa daha bir övladı olub, lakin o, altı aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar müxtəlif ünvanlarda kirayədə yaşayıblar və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişməli olublar".

K.Ağazadə uşağın tapılan zaman ağır vəziyyətdə olduğunu da əlavə edib: "Uşaq sığınacağa gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları təmin ediblər. O, göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım gəlir".

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra azyaşlının mənafeyinə uyğun olaraq, onun sosial qayğı ilə təmin edilməsi istiqamətində zəruri addımlar atılacaq.

"Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar".

Bu məlumat Gundem.today-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən gün "Azərbaycan Uşaqları" birliyinin sədri Kəmalə Ağazadə Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynlərinin tapılması və uşağın anasının övladından imtina etdiyi ilə bağlı məlumat yayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sosial_Xidmətlər_Agentliyi#Abşeron_rayonu

Oxşar Xəbərlər

Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEOCəmiyyət

Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEO

Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Bu gün
22:460
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandıCəmiyyət

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb.

Bu gün
22:240
Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEOCəmiyyət

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.

Bu gün
20:240
Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEOCəmiyyət

Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO

Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

Bu gün
20:100