Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ səfirliyi İraqdakı vətəndaşlarına yeni hücumlar barədə xəbərdarlıq edib
ABŞ səfirliyi İraqdakı vətəndaşlarına yeni hücumlar barədə xəbərdarlıq edib
Dünya

ABŞ səfirliyi İraqdakı vətəndaşlarına yeni hücumlar barədə xəbərdarlıq edib

9 aprel 2026
11:32
0 baxış
Paylaş:

ABŞ-nin İraqdakı səfirliyi ölkədəki vətəndaşlarını yerli şiə qruplaşmalarının ABŞ obyektlərinə yeni hücum riskləri barədə xəbərdar edib.

ABŞ-nin İraqdakı səfirliyi ölkədəki vətəndaşlarını yerli şiə qruplaşmalarının ABŞ obyektlərinə yeni hücum riskləri barədə xəbərdar edib.

Gundem.today xəbər verir ki, müvafiq məlumat diplomatik missiyanın rəsmi saytında yerləşdirilib.

"Böyük ehtimalla, onlar (qruplaşmalar - red.) bütün İraq boyu, o cümlədən İraq Kürdüstanında ABŞ vətəndaşlarına və ABŞ ilə əlaqəli obyektlərə qarşı yeni terror aktları törətmək niyyətindədirlər".

Qeyd edilib ki, bundan əvvəl, aprelin 8-də İraqın şiə qruplaşmaları pilotsuz uçuş aparatlarından istifadə edərək Bağdad beynəlxalq hava limanı ərazilərinə və ABŞ-nin diplomatik dəstək mərkəzinə hücum ediblər. Səfirlik əlavə edib ki, ABŞ və İran arasında elan edilən atəşkəs fonunda ölkənin hava məkanı açıldığı təqdirdə belə, ABŞ vətəndaşları İraqa səfərlərdən birmənalı şəkildə çəkinməlidirlər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirDünya

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Bu gün
12:200
İran hava məkanını qismən AÇDIDünya

İran hava məkanını qismən AÇDI

Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.

Bu gün
12:080
Hörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdiDünya

Hörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.

Bu gün
11:560
Alyaskada ayı iki hərbçiyə hücum edibDünya

Alyaskada ayı iki hərbçiyə hücum edib

ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.

Bu gün
10:320