
ABŞ və İran arasında danışıqlar İslamabadda keçirilə bilər
"ABŞ və İran arasında nüvə proqramı və Yaxın Şərq sülh prosesi ilə bağlı danışıqlar bu həftəsonu baş tuta bilər".
"ABŞ və İran arasında nüvə proqramı və Yaxın Şərq sülh prosesi ilə bağlı danışıqlar bu həftəsonu baş tuta bilər".
Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.
"Düşünürəm ki, danışıqlar bu həftəsonu Pakistanın İslamabad şəhərində baş tuta bilər", - deyə Qrossi qeyd edib.
O, əlavə edib ki, bu dəfə gündəm daha geniş olacaq və raket proqramları, Tehranın müttəfiq qüvvələri və İran üçün təhlükəsizlik zəmanətləri məsələlərini əhatə edəcək.
BAEA rəhbəri qarşıdan gələn görüşün yalnız nüvə enerjisi və münaqişənin səbəblərinə deyil, həm də regiondakı daha geniş təhlükəsizlik məsələlərinə yönələcəyini bildirib.
"Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfiqari isə daha əvvəl İranın ABŞ ilə danışıqlara yalnız öz təşəbbüsü ilə başlayacağını bildirmişdi.
"Bu, İran xalqına qarşı hərəkət etmək fikri çirkli zehninizdən tamamilə təmizləndikdə ortaya çıxacaq. İlk gündən ilk və son sözümüz bu olub, budur və çıxacaq: bizim kimi insanlar heç vaxt sizin kimilərlə danışıqlar aparmayacaqlar", - deyə hərbçi qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaEvliliyi xilas etməkdən yazan pastor çoxarvadlılığa görə həbs edildi
Həyat yoldaşını sevmək və evliliyi xilas etmək mövzusunda kitab yazan 62 yaşlı pastor Lesli Uilyams Floridada həbs edilib. O, çoxarvadlılıqda (biqamiya) ittiham olunur.
DünyaSəhərlər beyin fəaliyyətini necə artırmaq olar?
Neyrobioloq Ramzes Alkayd səhər saatlarında beyin fəaliyyətini stimullaşdırmaq üçün idman hərəkətləri etməyi və ardından faydalı səhər yeməyi yeməyi tövsiyə edib.
DünyaTürkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb oldu
Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.
DünyaÇəki itirməyin "qızıl düsturu": Həftədə neçə kiloqram arıqlamaq idealdır?
İnsanların əksəriyyəti yalnız qan təzyiqinin yüksəlməsi, təngnəfəslik və oynaq ağrıları kimi ciddi problemlərlə üzləşdikdən sonra çəkilərini azaltmağa qərar verirlər. Lakin aparılan sorğular göstərir ki, bu insanların 20 faizindən az hissəsi peşəkar tibbi dəstək üçün müraciət edir.