
Türkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb oldu
Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.
Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.
Gundem.today xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Müayinə zamanı 21 yaşlı Süleyman Gülsündə sözügedən virus aşkarlanıb.
Bildirilir ki, ölən şəxs Türkiyənin şərqindəki Sivas bölgəsində heyvandarlıqla məşğul olub. O, yüksək hərarətdən şikayətlə xəstəxanaya müraciət edib. On gün sonra onun vəziyyəti pisləşib, buna görə də o, yerli universitetin tibb müəssisəsinə köçürülüb.
Həkimlər anestezioloji reanimasiya şöbəsində müalicə alan gəncin həyatını xilas edə bilməyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMarko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı
ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.
DünyaDonald Tramp İranın təklifindən narazıdır - Ağ Ev liderini qane etməyən səbəb
ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki münaqişəni sona çatdırmaq məqsədilə irəli sürdüyü təklifdən məmnun deyil. Çünki Tehran bu sənəddə nüvə proqramına toxunmur.
DünyaTramp kralla görüşdə protokol qaydalarını pozdu - VİDEO
Böyük Britaniya Kralı III Çarlz rəsmi ABŞ-yə səfəri zamanı gözlənilməz hadisə yaşanıb. Belə ki, Vaşinqtonda rəsmi qarşılanmadan sonra ABŞ lideri Donald Tramp protokol qaydalarını pozub. O, qaydalara zidd olaraq, kralın çiyninə toxunub.
Dünyaİndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıb
İndoneziyanın Bekasi şəhərində qatarların toqquşması nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib, daha 84 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.