ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
ABŞ Yaxın Şərq bölgəsindəki aviasiya qruplaşmasını gücləndirmək üçün əlavə olaraq Dəniz Piyadaları Korpusuna məxsus 12 ədəd "F/A-18C/D" qırıcısından ibarət eskadrilya göndərib.
ABŞ Yaxın Şərq bölgəsindəki aviasiya qruplaşmasını gücləndirmək üçün əlavə olaraq Dəniz Piyadaları Korpusuna məxsus 12 ədəd "F/A-18C/D" qırıcısından ibarət eskadrilya göndərib.
Gundem.today bu barədə "Military Air Tracking Alliance (MATA)" resursuna istinadən xəbər verir.
Qırıcılar Azor adalarındakı (Portuqaliya) "Lajeş" aviabazasından havaya qalxıblar. "Flightradar24" aviasiya resursunun məlumatına görə, Cəbəllüttariq boğazını keçən qırıcılar hazırda ABŞ-yə məxsus səkkiz yanacaqdolduran təyyarənin müşayiəti ilə Aralıq dənizi üzərində uçurlar. Onların Yaxın Şərqdə dəqiq hansı bazada yerləşdiriləcəyi məlum deyil.
Qeyd edək ki, ABŞ-nin Yaxın Şərqdəki taktiki aviasiya qruplaşmasının tərkibində artıq 300-ə yaxın döyüş təyyarəsi var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İsrail-Livan danışıqlarında iştirak edəcək
İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək.
DünyaGürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum edildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası kəsib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
DünyaPaşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirib. O bu hərəkəti "təxribatçı və gərginlik yaradan addım" kimi qiymətləndirib.
DünyaPaşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA - VİDEO